Biblia Todo Logo
Onlayn İncil

- Reklamlar -




YEREMYA 49:2 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

2 Bu səbəbdən də o günlər gəlir ki, Ammon övladlarının Rabba şəhərinə Döyüş nərələri eşitdirəcəyəm» Rəbb belə bəyan edir. «Rabba bir xarabalıq qalağı olacaq, Qəsəbələri yandırılacaq. Beləcə İsrail onu torpağından qovanları qovacaq» Rəbb belə deyir.

Fəsildə baxın Kopyalayın

Azərbaycan Bibliyası 2008

2 Bu səbəbdən də o günlər gəlir ki, Ammon övladlarının Rabba şəhərinə Döyüş nərələri eşitdirəcəyəm» Rəbb belə bəyan edir. «Rabba bir xarabalıq qalağı olacaq, Qəsəbələri yandırılacaq. Beləcə İsrail onu torpağından qovanları qovacaq» Rəbb belə deyir.

Fəsildə baxın Kopyalayın

МУГӘДДӘС КИТАБ

2 Бу сәбәбдән дә о ҝүнләр ҝәлир ки, Аммон өвладларынын Рабба шәһәринә Дөјүш нәрәләри ешитдирәҹәјәм» Рәбб белә бәјан едир. «Рабба бир харабалыг галағы олаҹаг, Гәсәбәләри јандырылаҹаг. Беләҹә Исраил ону торпағындан гованлары говаҹаг» Рәбб белә дејир.

Fəsildə baxın Kopyalayın




YEREMYA 49:2
22 Çarpaz İstinadlar  

Bahar gələndə padşahlar müharibəyə çıxan vaxt Davud Yoavı, zabitlərini bütün İsrail ordusu ilə birlikdə müharibəyə göndərdi. Onlar Ammonluları qırıb Rabbanı mühasirəyə aldılar. Davud isə Yerusəlimdə qaldı.


Onların ikisi qərbdə Filiştlilərin üstünə hücum edəcək, Birlikdə şərqdə yaşayanların var-dövlətini qarət edəcək, Edom və Moav torpaqlarını zəbt edəcək, Ammonlular onlara tabe olacaq.


Dəməşq barədə xəbərdarlıq: Budur, Dəməşq daha şəhər olmayacaq, Bir yığın xarabalığa dönəcək.


Ah, sinəmdəki dərdim! Əzabdan qıvrılıram. Ah, qəlbim, qəlbim çırpınır, susa bilmirəm. Çünki, ey canım, şeypur səsini, döyüş nərəsini eşidirəm.


Ammon övladları barədə Rəbb belə deyir: «İsrailin övladları yoxmu? Onun varisi yoxmu? Elə isə nə üçün Milkom Qada sahib oldu? Niyə onun xalqı Qad şəhərlərində yaşayır?


Qılınc Ammon övladlarının Rabba şəhərinə, Yəhudaya və qalalı Yerusəlimə yönəlsin deyə yol hazırla.


Sən ey murdar və pis olan İsrail rəhbəri, günün çatdı, nəhayət, cəza vaxtın gəldi”.


Buna görə də Rabbanın divarına od vuracağam ki, Oranın qalalarını yandırıb-yaxsın. Bu yer döyüş zamanı qışqırtı ilə, Qasırğa günü fırtına ilə dağılacaq.


Negev sakinləri Esav dağını, Yamaclı-düzənlikli bölgədə yaşayanlar Filiştlilərin bölgəsini, Yəhudalılar Efrayimlə Samariya torpaqlarını, Binyaminlilər isə Gileadı zəbt edəcək.


Sizi torpağınızda sıxışdıran düşmənə qarşı döyüşə çıxanda kərənayları yüksək səslə çalın ki, Allahınız Rəbbin yadına düşüb düşmənlərinizdən xilas olasınız.


İsrail övladları bu şəhərlərin hamısını ələ keçirdilər. Xeşbon və ətrafındakı qəsəbələr daxil olmaqla Emorluların bütün şəhərlərinə yerləşdilər.


Talan mallarının hamısını toplayıb meydanın ortasına yığın. Şəhəri və malların hamısını Allahınız Rəbb üçün tamamilə yandırın. Qoy bu şəhər əbədi olaraq viranəliyə çevrilsin və yenidən bərpa edilməsin.


Rafalılardan ancaq Başan padşahı Oq sağ qalmışdı. O, dəmir çarpayısında yatardı. Hələ Ammon övladlarının Rabba şəhərində olan bu çarpayının adi ölçüyə görə uzunluğu doqquz, eni isə dörd qulac idi.


İssakar və Aşer torpaqlarının daxilində olan bu şəhərlər Menaşşenin idi: Bet-Şeanla qəsəbələri, İvleamla qəsəbələri, Dorla qəsəbələrinin əhalisi, En-Dorla qəsəbələrinin əhalisi, Taanakla qəsəbələrinin əhalisi, Megiddo ilə qəsəbələrinin əhalisi. Bunlar birlikdə üç bölgədən ibarət idi.


Yusif övladları dedilər: «Dağlıq bölgəsi bizə bəs deyil. Ancaq dərədə olan torpaqda – Bet-Şean və onun qəsəbələrində, İzreel vadisində yaşayan bütün Kənanlıların dəmir döyüş arabaları var».


Bizi izlə:

Reklamlar


Reklamlar