Biblia Todo Logo
Onlayn İncil

- Reklamlar -




YEREMYA 48:7 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

7 Öz istehkamlarına və mal-dövlətinə güvəndiyin üçün Sən də ələ keçiriləcəksən. Allahın Kemoş da kahinləri və başçıları ilə birlikdə Sürgün ediləcək.

Fəsildə baxın Kopyalayın

Azərbaycan Bibliyası 2008

7 Öz istehkamlarına və mal-dövlətinə güvəndiyin üçün Sən də ələ keçiriləcəksən. Allahın Kemoş da kahinləri və başçıları ilə birlikdə Sürgün ediləcək.

Fəsildə baxın Kopyalayın

МУГӘДДӘС КИТАБ

7 Өэ истеһкамларына вә мал-дөвләтинә ҝүвәндијин үчүн Сән дә әлә кечириләҹәксән. Аллаһын Кемош да каһинләри вә башчылары илә бирликдә Сүрҝүн едиләҹәк.

Fəsildə baxın Kopyalayın




YEREMYA 48:7
22 Çarpaz İstinadlar  

Filiştlilər qaçanda bütlərini orada qoydular. Davudla adamları o bütləri götürüb apardı.


Bunu ona görə edirəm ki, Süleyman Məni tərk etdi və Sidonluların ilahəsi Aştoretə, Moav allahı Kemoşa, Ammonluların allahı Milkoma səcdə etdi. Atası Davud gözümdə doğru olan işlər etməklə, qaydalarıma və əmrlərimə əməl etməklə Mənim yolumla getdi, amma Süleyman belə etmədi.


Onda Süleyman Yerusəlimin şərqindəki dağda Moavın iyrənc bütü Kemoş üçün və Ammon övladlarının iyrənc bütü Molek üçün səcdəgah düzəltdi.


Sənə düşən püşk, Mənim sənə ayırdığım pay budur» Rəbb belə bəyan edir. «Çünki Məni unutdun, Yalana güvəndin.


Misir allahlarının məbədlərində od qalayacağam. Babil padşahı onları yandıracaq, bütləri alıb aparacaq. Bir çoban paltarını necə bitdən təmizləyirsə, o da Misir ölkəsini eləcə təmizləyəcək. Sonra oradan sağ-salamat çıxacaq.


İsrail xalqı güvəndiyi Bet-Eldən necə utandısa, Moav da allahı Kemoşdan eləcə utanacaq.


Vay halına, ey Moav! Kemoşun xalqı yox oldu. Oğulların sürgünə göndərildi, Qızların əsir alındı.


«Nalə çək, ey Xeşbon, Çünki Ay şəhəri viran oldu. Fəryad edin, ey Rabba qızları, Çula bürünüb yas tutun. Divarlar arasında ora-bura qaçın. Çünki Milkom kahinləri və başçıları ilə birlikdə Sürgünə gedəcək.


Vadilərlə nə üçün öyünürsən? Taqətin kəsilir, Ey dönük qız! Sən mal-dövlətinə güvənərək “Üstümə kim gələ bilər” deyirdin.


Rəbb belə deyir: «Müdrik müdrikliyi ilə öyünməsin, İgid öz gücü ilə öyünməsin, Varlı öz sərvəti ilə öyünməsin.


Amma siz pislik əkib, Qəbahət biçdiniz. Yalanın bəhərini yediniz. Çünki öz üsulunuza, Çoxlu cəngavərlərinizə güvəndiniz.


Vay halına, ey Moav! Ey Kemoşun xalqı, yox oldun! Kemoş övladları Emorluların padşahı Sixonun qarşısından qaçdı, Qızları əsir aparıldı.


Bu dövrdə varlı olanlara buyur ki, təkəbbürlü olmasınlar və gəldi-gedər var-dövlətə yox, zövq almağımız üçün bizə hər şeyi bol-bol verən Allaha ümid bəsləsinlər.


Özünü nə qədər izzətləndirib Şəhvətpərəstlik içində yaşadısa, Ona o qədər də işgəncə və yas verin. Çünki ürəyində deyir: “Mən mələkə taxtında oturmuşam, Dul deyiləm, əsla yas tutmayacağam”.


Allahın Kemoşun sənə verdiyi torpağı özünə irs etməzsənmi? Biz də Allahımız Rəbbin bizə verdiyi torpağı özümüzə irs edəcəyik.


Bizi izlə:

Reklamlar


Reklamlar