Biblia Todo Logo
Onlayn İncil

- Reklamlar -




YEREMYA 47:4 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

4 Çünki Filiştlilərin məhv ediləcəyi gün gəlir. Sur və Sidona yardım edə bilən, Sağ qalan hər kəs yox ediləcək. Rəbb Kaftor sahilindən gələn Filiştlilərin sağ qalanlarını həlak edəcək.

Fəsildə baxın Kopyalayın

Azərbaycan Bibliyası 2008

4 Çünki Filiştlilərin məhv ediləcəyi gün gəlir. Sur və Sidona yardım edə bilən, Sağ qalan hər kəs yox ediləcək. Rəbb Kaftor sahilindən gələn Filiştlilərin sağ qalanlarını həlak edəcək.

Fəsildə baxın Kopyalayın

МУГӘДДӘС КИТАБ

4 Чүнки Филиштлиләрин мәһв едиләҹәји ҝүн ҝәлир. Сур вә Сидона јардым едә билән, Сағ галан һәр кәс јох едиләҹәк. Рәбб Кафтор саһилиндән ҝәлән Филиштлиләрин сағ галанларыны һәлак едәҹәк.

Fəsildə baxın Kopyalayın




YEREMYA 47:4
27 Çarpaz İstinadlar  

Kənanın nəsilləri bunlardır: ilk oğlu Sidon, Xet,


Patroslular, Filiştlilərin əcdadı olan Kasluhlular, həmçinin Kaftorlular.


Allah qəzəbini geri döndərməz, Rahavın köməkçiləri belə, ayağı altda qalar.


Cəza günü uzaqlardan başınıza bəla gələndə nə edəcəksiniz? Kömək üçün kimin yanına qaçacaqsınız? Mal-dövlətinizi harada saxlayacaqsınız?


Ey darvaza, fəryad et! Ey şəhər, ağla! Ey bütün Filiştlilər, başdan-başa əriyin! Çünki şimaldan tüstü gəlir, Düşmən əsgərləri nizamı pozmadan gəlir».


O gün bu sahil boyunca yerləşən ölkənin sakinləri deyəcək: “Aşşur padşahının əlindən qurtulmaq üçün köməyinə güvəndiyimiz, bel bağladığımız xalqların başına gör nələr gəldi! Bəs biz nə cür qurtulacağıq?”»


«Aşşurlular qılıncdan məhv olacaq, İnsan qılıncından yox. Onlar qılıncdan keçiriləcək, Amma bu insan qılıncı olmayacaq. Aşşurlular döyüş meydanından qaçacaq, Cavanları isə yaxalanıb qul olacaq.


O gün Ordular Rəbbi Xudavəndin günüdür, Düşmənlərindən qisas alması üçün Qisas günüdür. Onları qılınc yeyib-doyacaq, Qanlarını içib susuzluğunu yatıracaq. Çünki şimal ölkəsində, Fərat çayı sahilində Ordular Rəbbi Xudavənd qurban kəsir.


Sən ey murdar və pis olan İsrail rəhbəri, günün çatdı, nəhayət, cəza vaxtın gəldi”.


Elə bir zamanda ki Sənə boş görüntülər görünür, Sənə yalan falçılıq açırlar. Ölməli olan pis adamların Boyunlarına enəcəksən, ey qılınc! Bu adamların günü çatdı, Nəhayət, cəza vaxtı gəldi.


Buna görə də Xudavənd Rəbb belə deyir: “Mən Filiştlilərə qarşı əlimi uzadıb Keretliləri silib-atacağam, dəniz sahilində yaşayanlardan salamat qalanları məhv edəcəyəm.


Mən Misiri oda təslim edəndə, Ona kömək edənlər əziləndə Biləcəklər ki, Rəbb Mənəm.


Vaxt gəldi, gün yaxınlaşdı. Alıcı sevinməsin, satıcı heyfsilənməsin, çünki bütün kütlənin üstünə qəzəb yağacaq.


Onların cəza günləri gəldi, Haqq-hesab günləri yetişdi. Qoy İsrail bunu bilsin! Təqsirlərinizin çoxluğundan, Düşmənçiliyinizin böyüklüyündən Peyğəmbəri əbləh, Ruhani adamı divanə saydınız.


Rəbb bəyan edir: “Ey İsraillilər! Mənim üçün Kuşlular kimi deyilsinizmi? Siz İsrailliləri Misir torpağından çıxaran kimi Filiştliləri Kaftordan, Aramlıları Qirdən çıxarmadımmı?


Çünki bu günlər qisas günləridir ki, bütün yazılanlar yerinə yetsin.


Kaftordan çıxan Kaftorlular isə Qəzzəyə qədər kəndlərdə yaşayan Avvalıları qırdılar və onların yerində məskən saldılar.


Kahin Pinxas, onunla birgə olan icma rəhbərləri, yəni İsrail tayfalarının başçıları Ruven övladlarının, Qad övladlarının və Menaşşe övladlarının söylədiklərini eşidəndə bu sözləri bəyəndilər.


Bizi izlə:

Reklamlar


Reklamlar