Biblia Todo Logo
Onlayn İncil

- Reklamlar -




YEREMYA 42:4 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

4 Yeremya peyğəmbər onlara dedi: «Razıyam. İstədiyiniz kimi Allahınız Rəbbə dua edəcəyəm və barənizdə Rəbb nə cavab versə, sizə bildirəcəyəm. Sizdən heç nəyi gizli saxlamayacağam».

Fəsildə baxın Kopyalayın

Azərbaycan Bibliyası 2008

4 Yeremya peyğəmbər onlara dedi: «Razıyam. İstədiyiniz kimi Allahınız Rəbbə dua edəcəyəm və barənizdə Rəbb nə cavab versə, sizə bildirəcəyəm. Sizdən heç nəyi gizli saxlamayacağam».

Fəsildə baxın Kopyalayın

МУГӘДДӘС КИТАБ

4 Јеремја пејғәмбәр онлара деди: «Раэыјам. Истәдијиниэ кими Аллаһыныэ Рәббә дуа едәҹәјәм вә барәниэдә Рәбб нә ҹаваб версә, сиэә билдирәҹәјәм. Сиэдән һеч нәји ҝиэли сахламајаҹағам».

Fəsildə baxın Kopyalayın




YEREMYA 42:4
13 Çarpaz İstinadlar  

Musa dedi: «Mən sənin yanından gedirəm. Rəbbə dua edəcəyəm ki, sabah fironu, əyanlarını və xalqını mozalanlardan qurtarsın. Ancaq qoy firon xalqı Rəbbə qurban gətirməyə buraxmamaqla yenə də bizi aldatmasın».


Yuxu görən peyğəmbər yuxusunu söyləsin. Amma sözüm nazil olan adam onu dəqiq danışsın. Daha buğdanın yanında saman nədir?» Rəbb belə bəyan edir.


Hər biriniz öz yoldaşınıza, soydaşınıza belə deyin: “Rəbb nə cavab verdi? Rəbb nə söylədi?”


«Rəbb belə deyir: “Rəbbin məbədinin həyətində dur, ibadət etmək üçün Yəhuda şəhərlərindən oraya gələn hər kəsə müraciət et. Sənə buyurduğum hər şeyi onlara bildir, bir söz də əskiltmə.


Sən onlara Mənim sözlərimi söylə, istəyirlər sənə qulaq assınlar, istəyirlər yox, çünki onlar üsyankardır.


Xeyirli olan hər şeyi sizə bəyan edərək istər açıq, istərsə də evdən-evə gəzib-dolaşaraq təlim verməkdən çəkinmədim.


Çünki mən çəkinmədən Allahın bütün iradəsini sizə çatdırmışam.


Ey qardaşlar, İsraillilərin xilasını ürəkdən arzulayıram və bunun üçün Allaha dua edirəm.


Mənə gəlincə, sizin üçün yalvarmağı dayandırmaqla Rəbbə qarşı günah etmək qoy məndən uzaq olsun. Mən sizə xeyirli və düz yolu öyrədəcəyəm.


Bizi izlə:

Reklamlar


Reklamlar