Biblia Todo Logo
Onlayn İncil

- Reklamlar -




YEREMYA 41:2 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

2 Netanya oğlu İsmail və onunla birgə olan on nəfər qalxıb Babil padşahının ölkəyə başçı qoyduğu Şafan oğlu Axiqam oğlu Gedalyanı qılıncla vuru-böldürdülər.

Fəsildə baxın Kopyalayın

Azərbaycan Bibliyası 2008

2 Netanya oğlu İsmail və onunla birgə olan on nəfər qalxıb Babil padşahının ölkəyə başçı qoyduğu Şafan oğlu Axiqam oğlu Gedalyanı qılıncla vurub-öldürdülər.

Fəsildə baxın Kopyalayın

МУГӘДДӘС КИТАБ

2 Нетанја оғлу Исмаил вә онунла бирҝә олан он нәфәр галхыб Бабил падшаһынын өлкәјә башчы гојдуғу Шафан оғлу Ахигам оғлу Ҝедалјаны гылынҹла вуру-бөлдүрдүләр.

Fəsildə baxın Kopyalayın




YEREMYA 41:2
12 Çarpaz İstinadlar  

Avner Xevrona qayıdanda Yoav təklikdə danışmaq üçün onu darvazanın içinə çəkdi və qardaşı Asahelin qanından ötrü Avneri qarnından vurub öldürdü.


Yeddinci ayda padşah nəslindən olan Elişama oğlu Netanya oğlu İsmail on nəfərlə birgə gəlib Gedalyanı öldürdü. Onlar Mispada Gedalyanın yanında olan Yəhudalıları və Xaldeyliləri də öldürdülər.


ona dedi: «Ammonluların padşahı Baalisin sənin canını almaq üçün Netanya oğlu İsmaili göndərdiyini bilirsənmi?» Ancaq Axiqam oğlu Gedalya onlara inanmadı.


Ancaq Axiqam oğlu Gedalya Qareah oğlu Yoxanana dedi: «Bu işi etmə, çünki İsmail barəsində yalan danışırsan».


Yeremya hələ qayıtmamış Nevuzaradan dedi: «Babil padşahının Yəhuda şəhərləri üzərinə qoyduğu Şafan oğlu Axiqam oğlu Gedalyanın yanına qayıt və onunla birgə xalq arasında yaşa. Yaxud da hara getmək istəyirsən, ora get». Keşikçilər rəisi ona azuqə və hədiyyə verib buraxdı.


Çöldə olan bütün qoşun başçıları və onların adamları eşitdi ki, Babil padşahı, Axiqam oğlu Gedalyanı ölkəyə başçı qoymuş və ölkənin yoxsul əhalisindən Babilə sürgün olunmamış kişiləri, qadınları və uşaqları onun ixtiyarına vermişdir.


Bu adamlar Mispaya, Gedalyanın yanına gəldi: Netanya oğlu İsmail, Qareahın oğulları Yoxanan və Yonatan, Tanxumet oğlu Seraya, Netofalı Efayın oğulları, Maakalının oğlu Yezanya və onların adamları.


İsmail Mispada Gedalya ilə birgə olan bütün Yəhudiləri və oradakı Xaldey döyüşçülərini də öldürdü.


Hamınız barədə söyləmirəm. Mən Öz seçdiklərimi tanıyıram. Amma qoy “çörəyimi yeyən Mənə xəyanət etdi” deyən Müqəddəs Yazı yerinə yetsin.


Bizi izlə:

Reklamlar


Reklamlar