Biblia Todo Logo
Onlayn İncil

- Reklamlar -




YEREMYA 4:22 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

22 Həqiqətən, xalqım ağılsızdır, Məni tanımır. Onlar cahil övladlardır, Dərrakələri yoxdur, Ağılları pislik etməyə çatır, Yaxşılıq etməyin nə olduğunu bilmirlər.

Fəsildə baxın Kopyalayın

Azərbaycan Bibliyası 2008

22 Həqiqətən, xalqım ağılsızdır, Məni tanımır. Onlar cahil övladlardır, Dərrakələri yoxdur, Ağılları pislik etməyə çatır, Yaxşılıq etməyin nə olduğunu bilmirlər.

Fəsildə baxın Kopyalayın

МУГӘДДӘС КИТАБ

22 Һәгигәтән, халгым ағылсыэдыр, Мәни танымыр. Онлар ҹаһил өвладлардыр, Дәрракәләри јохдур, Ағыллары пислик етмәјә чатыр, Јахшылыг етмәјин нә олдуғуну билмирләр.

Fəsildə baxın Kopyalayın




YEREMYA 4:22
42 Çarpaz İstinadlar  

Yusifin ağası evə gələnə qədər qadın onun paltarını özündə saxladı.


Amnonun Yonadav adlı bir dostu var idi. Yonadav Davudun qardaşı Şimanın oğlu idi və özü də çox hiyləgər idi.


Pis insanlar nə bilir ki, ədalət nədir, Rəbbi axtaranlar bunu dərk edir.


Öküz yiyəsini, Eşşək də sahibinin təknəsini tanıyır, Lakin İsrail xalqı Məni tanımır, Xalqım anlamır».


Şaxələri quruyanda qoparılacaq, Qadınlar gəlib onları yandıracaq. Bu xalq ağılsız olduğuna görə Yaradan onlara rəhm etməyəcək, Xaliq onlara qarşı xeyirxah olmayacaq.


Bütlərə səcdə edənlərin hamısı Ağılsız və axmaqdır, Boş şeylərdən təlim alırlar. Büt bir ağacdır!


Kuşlu öz dərisini, Bəbir öz xallarını dəyişdirə bilərmi? Pislik etməyə alışmış Siz də yaxşılıq edə bilməzsiniz.


Kahinlər ‹Rəbbi axtaraq› demədilər, Qanun müəllimləri Məni tanımadılar, Rəhbərlər Mənə qarşı üsyan etdilər, Peyğəmbərlər Baalın adı ilə peyğəmbərlik etdilər, Faydasız şeylərin dalınca getdilər”.


Nə vaxta qədər bayraq görəcəyəm, Boru səsi eşidəcəyəm?


Ey gözləri olub görməyən, Qulaqları olub eşitməyən, Ağılsız və dərrakəsiz xalq, Bu sözə qulaq asın!


Mən dedim: «Bunlar ancaq yoxsul, ağılsız avamlardır, Çünki Rəbbin yolunu, Özlərinin Allahının hökmlərini bilmirlər.


Kaş ki kimsə mənə səhrada Səyyahların sığınacağını verəydi! Mən xalqımı tərk edib Onlardan uzaqlaşardım. Çünki onların hamısı Zinakar və xain yığınıdır.


«Dillərini yalan üçün Kaman kimi dartırlar. Həqiqət naminə güc göstərmirlər. Çünki pisliyi pislik dalınca edirlər, Məni tanımırlar» Rəbb belə bəyan edir.


Hər kəs öz dostunu aldadır, Doğru söyləmir. Onlar dillərini yalan danışmağa öyrətdi, Yorulana qədər günah işlətdi.


Xudavənd Rəbb bəyan edir: “Bütün bunları edərkən ürəyin nə qədər aciz oldu, sən həyasız fahişə kimi davrandın.


«Ey İsrail övladları, Rəbbin sözünü eşidin, Çünki bu ölkədə yaşayanları Rəbb ittiham edir. Sədaqət, məhəbbət, Allahı tanımaq Bu yerdə yox olub.


Xalqım biliksizlikdən məhv oldu. Sən biliyi rədd etdiyin üçün Mən də səni rədd edəcəyəm ki, Bir daha Mənə kahinlik etməyəsən. İndi ki öz Allahının qanununu unutdun, Mən də sənin balalarını unudacağam.


Əməlləri qoymur ki, onlar Özlərinin Allahına tərəf dönsün, Çünki içlərində xəyanət ruhu var, Rəbbi də tanımırlar.


Rəbb bəyan edir: “Hətta düz iş görməyi bacarmırlar. Onlar qalalarına zorakılıqla, Soyğunçuluqla qənimət yığır”.


Yatağında şər niyyətdə olanların, Yamanlıq üçün qəsd quranların vay halına! Onların gücü buna çatdığına görə Ona səhər tezdən əməl edirlər!


Pis işlərə əlləri zirək olur, Rəislər, hakimlər rüşvət tələb edir, Dövlətlilər istədiklərini edir, Hamısı hiylə ilə iş görür.


Ağası haqsızlıq edən idarəçini fərasətli hərəkət etdiyinə görə təriflədi. Çünki bu dövrün övladları öz nəsilləri ilə münasibətlərində nur övladlarından daha fərasətlidir.


Onlar bunları edəcəklər, çünki nə Atanı, nə də Məni tanıdılar.


Müdrik olduqlarını iddia etdikləri halda ağılsız olub,


Allahı şüurlarında saxlamağı yanlış saydıqları üçün Allah da onları yanlış düşüncələrə təslim etdi ki, ədəbsiz işlər görsünlər.


Sizin itaətiniz hamıya bəllidir. Buna görə də sizin üçün sevinirəm. Amma istəyirəm ki, yaxşı işlərdə müdrik, pis işlərdə məsum olasınız.


Dərk edən bir kəs yoxdur, Allahı axtaran yoxdur.


Qardaşlar, əqlən uşaq olmayın. Pisliyə münasibətdə körpə olun, amma əqlən yetkin olun.


Çünki onlar düşüncəsiz bir millətdir, Necə də ağılsızdırlar.


Ey axmaq, ağılsız xalq, Rəbbə budurmu əvəziniz? Sizi yaradan, sizə görkəm verən Atanız, Yaradanınız O deyilmi?


Bizi izlə:

Reklamlar


Reklamlar