Biblia Todo Logo
Onlayn İncil

- Reklamlar -




YEREMYA 39:2 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

2 Sidqiyanın padşahlığının on birinci ilində, dördüncü ayın doqquzuncu günü şəhər divarında dəlik açıldı.

Fəsildə baxın Kopyalayın

Azərbaycan Bibliyası 2008

2 Sidqiyanın padşahlığının on birinci ilində, dördüncü ayın doqquzuncu günü şəhər divarında dəlik açıldı.

Fəsildə baxın Kopyalayın

МУГӘДДӘС КИТАБ

2 Сидгијанын падшаһлығынын он биринҹи илиндә, дөрдүнҹү ајын доггуэунҹу ҝүнү шәһәр диварында дәлик ачылды.

Fəsildə baxın Kopyalayın




YEREMYA 39:2
13 Çarpaz İstinadlar  

Bu, Yəhuda padşahı Yoşiya oğlu Yehoyaqimin dövründən Yəhuda padşahı Yoşiya oğlu Sidqiyanın padşahlığının on birinci ilinin sonunadək, beşinci ayda Yerusəlim əhalisinin sürgünə aparılmasına qədər davam etdi.


Yəhuda padşahı Sidqiyanın padşahlığının onuncu, Navuxodonosorun padşahlığının on səkkizinci ilində Rəbdən Yeremyaya söz nazil oldu.


Rəbb bəyan edir: “Mən əmr edib Babilliləri bu şəhərə tərəf geri qaytaracağam. Onlar hücum edib şəhəri ələ keçirəcək, ona od vuracaq. Yəhuda şəhərlərini heç kəsin yaşamadığı bir viranəliyə çevirəcəyəm”».


Xaldeylilər yenə gəlib bu şəhərə hücum edəcək və onu ələ keçirib yandıracaq”.


Onların bağlarını dolaşıb dağıdın, Amma büsbütün məhv etməyin. Meynə budaqlarını qoparıb atın, Çünki onlar Rəbbə məxsus olmayan insanlardır».


Sürgünlüyümüzün on birinci ilində, onuncu ayın beşinci günü Yerusəlimdən qaçıb qurtulmuş bir nəfər gəlib mənə dedi: «Şəhər zəbt edildi».


Bir dəmir sac götürüb onu dəmir divar olmaq üçün özünlə şəhərin arasına qoy və üzünü ona çevir. Şəhər mühasirədə olacaq və sən onu mühasirəyə al. Bu, İsrail nəslinə bir əlamət olacaq.


Onların üçdə birini şəhərin mühasirə vaxtı qurtaranda şəhərin ortasında odda yandırar, üçdə birini götürüb şəhərin ətrafında doğrayar, üçdə birini isə küləyə sovurarsan, Mən də onların arxasınca qılınc çəkəcəyəm.


Rəbb bəyan edir: «O gün Yerusəlimdə Balıqlar darvazasından fəğan səsi, İkinci Məhəllədən fəryadlar, Təpələrdən isə böyük gurultu eşidiləcək».


Ordular Rəbbi belə deyir: «Dördüncü, beşinci, yeddinci və onuncu ayların orucları Yəhuda xalqı üçün sevinc və şadlıq dolu gözəl bayramlar olacaq. Ancaq siz düzgünlüyü və əmin-amanlığı sevin».


Bizi izlə:

Reklamlar


Reklamlar