Biblia Todo Logo
Onlayn İncil

- Reklamlar -




YEREMYA 32:4 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

4 Yəhuda padşahı Sidqiya Xaldeylilərin əlindən qaçıb qurtarmayacaq, hökmən Babil padşahına təslim ediləcək. Onunla üz-üzə söhbət edəcək, göz-gözə dayanacaq.

Fəsildə baxın Kopyalayın

Azərbaycan Bibliyası 2008

4 Yəhuda padşahı Sidqiya Xaldeylilərin əlindən qaçıb qurtarmayacaq, hökmən Babil padşahına təslim ediləcək. Onunla üz-üzə söhbət edəcək, göz-gözə dayanacaq.

Fəsildə baxın Kopyalayın

МУГӘДДӘС КИТАБ

4 Јәһуда падшаһы Сидгија Халдејлиләрин әлиндән гачыб гуртармајаҹаг, һөкмән Бабил падшаһына тәслим едиләҹәк. Онунла үэ-үэә сөһбәт едәҹәк, ҝөэ-ҝөэә дајанаҹаг.

Fəsildə baxın Kopyalayın




YEREMYA 32:4
13 Çarpaz İstinadlar  

Rəbb belə bəyan edir: “Bundan sonra Yəhuda padşahı Sidqiyanı və əyanlarını, həmçinin bu şəhərdə vəbadan, qılıncdan və aclıqdan sağ qalanları Babil padşahı Navuxodonosora və canlarını almaq istəyən düşmənlərinə təslim edəcəyəm. O onları qılıncdan keçirəcək, onlara nə rəhm, nə şəfqət, nə də mərhəmət edəcək”.


Çobanlar qaça bilməyəcək, Sürü başçıları qurtula bilməyəcək.


Yəhuda padşahı Sidqiyanı və onun başçılarını canlarını almaq istəyən düşmənlərinə – Babil padşahının üzərinizdən çəkilən ordusuna təslim edəcəyəm”.


Sən Sidqiya onun əlindən qaçıb qurtulmayacaqsan, mütləq ələ keçib ona təslim ediləcəksən. Babil padşahını öz gözünlə görəcəksən, o səninlə üzbəüz danışacaq. Sonra Babilə aparılacaqsan”.


O zaman padşah Sidqiya adam göndərib onu gətirtdi. Padşah öz sarayında gizlicə ondan soruşdu: «Rəbdən bir söz varmı?» Yeremya «var» deyə cavab verdi, «Babil padşahına təslim ediləcəksən».


Ancaq Babil padşahının başçılarına təslim olmasan, bu şəhər Xaldeylilərə təslim ediləcək və onu yandıracaqlar. Sən də onların əlindən qaçıb qurtara bilməyəcəksən”».


Sənin bütün arvadların və oğulların Xaldeylilərə təslim ediləcək. Özün də onların əlindən qaçıb qurtara bilməyəcəksən, Babil padşahı səni ələ keçirəcək. Bu şəhər də yandırılacaq».


Bizi izlə:

Reklamlar


Reklamlar