Biblia Todo Logo
Onlayn İncil

- Reklamlar -




YEREMYA 27:15 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

15 Rəbb bəyan edir: “Onları Mən göndərmədim, onlar Mənim adımla yalandan peyğəmbərlik edir. Bunun nəticəsində Mən sizi sürgün edəcəyəm, siz də, sizə peyğəmbərlik edən peyğəmbərlər də həlak olacaqsınız”».

Fəsildə baxın Kopyalayın

Azərbaycan Bibliyası 2008

15 Rəbb bəyan edir: “Onları Mən göndərmədim, onlar Mənim adımla yalandan peyğəmbərlik edir. Bunun nəticəsində Mən sizi sürgün edəcəyəm, siz də, sizə peyğəmbərlik edən peyğəmbərlər də həlak olacaqsınız”».

Fəsildə baxın Kopyalayın

МУГӘДДӘС КИТАБ

15 Рәбб бәјан едир: “Онлары Мән ҝөндәрмәдим, онлар Мәним адымла јаландан пејғәмбәрлик едир. Бунун нәтиҹәсиндә Мән сиэи сүрҝүн едәҹәјәм, сиэ дә, сиэә пејғәмбәрлик едән пејғәмбәрләр дә һәлак олаҹагсыныэ”».

Fəsildə baxın Kopyalayın




YEREMYA 27:15
27 Çarpaz İstinadlar  

Bunu söyləyərkən Amasya ona dedi: «Məgər səni padşaha məsləhətçi qoymuşuq? Sus, ölməkmi istəyirsən?» Peyğəmbər vaz keçib dedi: «Allahın səni məhv etməyə qərar verdiyini bilirəm, çünki bunu etdin və mənim məsləhətimə qulaq asmadın».


Rəbb mənə dedi: «Peyğəmbərlər Mənim adımla yalançı peyğəmbərlik edir. Onları Mən göndərməmişəm, onlara əmr edib söz deməmişəm. Sizə peyğəmbərlik etdikləri şeylər yalan bir görüntü, falçılıq, boş bir şey, öz ürəklərinin uydurmasıdır.


Sən Paşxur və evində yaşayanların hamısı Babilə sürgün olunacaqsınız. Sən və yalandan peyğəmbərlik etdiyin bütün dostların orada öləcəksiniz, orada da basdırılacaqsınız”».


Buna görə də Ordular Rəbbi Peyğəmbərlər haqqında belə deyir: «Baxın Mən onlara yovşan yedirəcəyəm, Zəhərli su içirəcəyəm. Çünki allahsızlıq Yerusəlim peyğəmbərlərindən Bütün ölkəyə yayıldı».


Bu peyğəmbərləri Mən göndərmədim, Amma ora-bura qaçdılar. Onlara Mən söz demədim, Amma peyğəmbərlik etdilər.


«Mənim adımdan yalan söyləyən peyğəmbərlərin “Yuxu gördüm, yuxu gördüm!” sözlərini eşitdim.


Onlar sizə yalandan peyğəmbərlik edir. Bunun nəticəsində öz ölkənizdən qovulacaqsınız. Sizi sürgün edəcəyəm və məhv olacaqsınız.


İsrailin Allahı olan Ordular Rəbbi belə deyir: “Aranızdakı peyğəmbərləriniz və falçılarınız sizi aldatmasın, gördüyünüz yuxulara əhəmiyyət verməyin.


Çünki onlar Mənim adımla sizə yalandan peyğəmbərlik edir. Onları Mən göndərmədim” Rəbb belə bəyan edir.


Yəhuda padşahının sarayında qalan bütün qadınlar Babil padşahına təslim ediləcək. Onda o qadınlar deyəcək: “Güvəndiyin adamlar səni aldadıb Məğlubiyyətə düçar etdi. Ayaqların palçığa batanda Onlar səni qoyub qaçdı”


Onları buraxın. Onlar korların kor rəhbərləridir. Əgər kor koru aparsa, ikisi də çuxura düşər».


Çünki yalançı məsihlər və yalançı peyğəmbərlər törəyəcək. Onlar böyük əlamətlər və xariqələr göstərəcəklər ki, imkan taparlarsa, seçilmişləri də aldatsınlar.


Vəhşi heyvan yaxalandı; onun önündə əlamətlər göstərmiş, bunlarla onun damğasını qəbul edib surətinə səcdə edənləri aldatmış yalançı peyğəmbər də yaxalandı. Hər ikisi diri-diri kükürdlə yanan od gölünə atıldı.


Bizi izlə:

Reklamlar


Reklamlar