Biblia Todo Logo
Onlayn İncil

- Reklamlar -




YEREMYA 24:1 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

1 Babil padşahı Navuxodonosor Yəhuda padşahı Yehoyaqim oğlu Yehoyakini, Yəhuda başçılarını, ustaları və sənətkarları Yerusəlimdən sürgün edib Babilə apardı. Bu hadisədən sonra Rəbb mənə Öz məbədi önündə qoyulmuş iki səbət əncir göstərdi.

Fəsildə baxın Kopyalayın

Azərbaycan Bibliyası 2008

1 Babil padşahı Navuxodonosor Yəhuda padşahı Yehoyaqim oğlu Yehoyakini, Yəhuda başçılarını, ustaları və sənətkarları Yerusəlimdən sürgün edib Babilə apardı. Bu hadisədən sonra Rəbb mənə Öz məbədi önündə qoyulmuş iki səbət əncir göstərdi.

Fəsildə baxın Kopyalayın

МУГӘДДӘС КИТАБ

1 Бабил падшаһы Навуходоносор Јәһуда падшаһы Јеһојагим оғлу Јеһојакини, Јәһуда башчыларыны, усталары вә сәнәткарлары Јерусәлимдән сүрҝүн едиб Бабилә апарды. Бу һадисәдән сонра Рәбб мәнә Өэ мәбәди өнүндә гојулмуш ики сәбәт әнҹир ҝөстәрди.

Fəsildə baxın Kopyalayın




YEREMYA 24:1
22 Çarpaz İstinadlar  

O zaman Babil padşahı Navuxodonosorun qoşunları Yerusəlimə yaxınlaşdı. Şəhər mühasirəyə alındı.


Bahar gələndə Navuxodonosor onu Rəbbin məbədinin qiymətli əşyaları ilə birgə Babilə gətirtdi və Yehoyakinin qohumu Sidqiyanı Yəhuda və Yerusəlim üzərində padşah etdi.


Amots oğlu Yeşayaya Babil haqqında görüntü ilə nazil olan xəbərdarlıq:


Negev şəhərlərinin darvazaları bağlandı, Açan yoxdur. Bütün Yəhuda sürgün edildi, Hamı sürgün edildi.


Bəli, Yəhuda padşahı Yehoyaqim oğlu Yehoyakini və Yəhuda ilə Yerusəlimin bütün əyanlarını Yerusəlimdən Babilə sürgün etdiyi zaman Babil padşahı Navuxodonosorun aparmadığı,


Yəhuda padşahı Yehoyaqim oğlu Yehoyakini və Babilə sürgün olunmuş bütün Yəhudalıları bu yerə qaytaracağam” Rəbb belə bəyan edir, “çünki Babil padşahının boyunduruğunu qıracağam”».


Yeremya peyğəmbər sürgündə sağ qalan xalqın ağsaqqallarına, kahinlərə, peyğəmbərlərə və Navuxodonosorun Yerusəlimdən Babilə sürgün etdiyi bütün xalqa Yerusəlimdən bir məktub göndərdi. Məktubun mətni aşağıda verilir.


Bu məktub padşah Yehoyakinin, onun anasının, saray əyanlarının, Yəhuda və Yerusəlim başçılarının, ustaların, sənətkarların Yerusəlimdən sürgünə aparılmasından sonra göndərildi.


Babil padşahı Navuxodonosorun Yəhudaya təyin etdiyi Yoşiya oğlu Sidqiya, Yehoyaqim oğlu Yehoyakinin yerinə padşah oldu.


Onun körpə budaqlarının başını qoparıb ticarət ölkəsinə apardı və onu tacirlər şəhərinə qoydu.


Onun burnuna halqa taxıb qəfəsə saldılar. Onu Babil padşahının yanına gətirdilər. Sonra qalaya saldılar ki, İsrail dağları üzərində Bir daha səsi eşidilməsin.


Həqiqətən, Xudavənd Rəbb qulu olan peyğəmbərlərə Öz niyyətini açmadan heç nə etmir.


Xudavənd Rəbb mənə bu görüntünü göstərdi: budur, padşahın payı biçiləndən sonra əmələ gələn ot bitməyə başlayanda O, çəyirtkə sürüsü düzəldirdi.


Sonra Xudavənd Rəbb mənə bu görüntünü göstərdi: budur, Xudavənd Rəbb cəza vermək üçün alov çağırdı. Alov dənizləri dibindən udaraq torpağı da yandırıb-yaxmaq üzrə olanda


Sonra mənə bu görüntünü göstərdi: budur, Xudavənd şaqulla düz tikilmiş bir divarın yanında dayanıb. Onun əlində bir şaqul var idi.


Onda Rəbb mənə dörd usta göstərdi.


Rəbb mənə bunu göstərdi: Rəbbin mələyinin önündə baş kahin Yeşua durmuşdu və onu ittiham etmək üçün sağında Şeytan dayanmışdı.


Bizi izlə:

Reklamlar


Reklamlar