Biblia Todo Logo
Onlayn İncil

- Reklamlar -




YEREMYA 23:9 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

9 Peyğəmbərlər haqqında: Ürəyim içimdə parçalandı, Bütün sümüklərim titrədi. Rəbbə görə, Onun müqəddəs sözlərinə görə Bir sərxoş kimi, Şəraba aludə olan adam kimiyəm.

Fəsildə baxın Kopyalayın

Azərbaycan Bibliyası 2008

9 Peyğəmbərlər haqqında: Ürəyim içimdə parçalandı, Bütün sümüklərim titrədi. Rəbbə görə, Onun müqəddəs sözlərinə görə Bir sərxoş kimi, Şəraba aludə olan adam kimiyəm.

Fəsildə baxın Kopyalayın

МУГӘДДӘС КИТАБ

9 Пејғәмбәрләр һаггында: Үрәјим ичимдә парчаланды, Бүтүн сүмүкләрим титрәди. Рәббә ҝөрә, Онун мүгәддәс сөэләринә ҝөрә Бир сәрхош кими, Шәраба алудә олан адам кимијәм.

Fəsildə baxın Kopyalayın




YEREMYA 23:9
21 Çarpaz İstinadlar  

Məhsuldar vadinin başında yerləşən, Şəraba uymuşların şəhərinin – Efrayim sərxoşlarının qürurlu tacının, İzzətli gözəlliyin və solan çiçəyin vay halına!


Heyrətlənin və təəccüblənin, Gözünüzü kor edin, qoy görməsin. Şərab içmədən sərxoş olun, İçki içmədən səndələyin.


Buna görə də, ey yaralı Yerusəlim, Şərabsız sərxoş xalq, bunu eşit!


Mən dedim: «Vay halıma, həlak oldum! Çünki ağzı murdar bir adamam, Həm də murdar ağızlı adamlar arasında yaşayıram. Buna baxmayaraq, qarşımda Padşahı – Ordular Rəbbini gözlərimlə gördüm».


Mən fikirləşdim: «Daha Onu yada salmayacağam, Onun adı ilə danışmayacağam». Onda Onun sözü sümüklərimdə həbs edilən, Ürəyimdə yanan bir od oldu. Onu içimdə saxlamaqdan yoruldum, Artıq bunu edə bilmirəm.


Onlar bütün bu sözləri eşidəndə qorxu içində bir-birlərinə baxıb Baruka dedilər: «Bütün bu sözləri mütləq padşaha bildirməliyik».


Peyğəmbərlər yalandan peyğəmbərlik edir, Kahinlər onların əli ilə hökmranlıq edir. Xalqım da bunu bəyənir. Amma axırda nə edəcəksiniz?»


Dərdimə təsəlli yoxdur, Ürəyim köksümdə taqətsizdir.


Kaş ki başım bulaq olaydı, Gözlərim yaş çeşməsinə dönəydi, Əziz xalqımdan öldürülənlərə Gecə-gündüz yas tutaydım.


O, acı otlardan mənə doyunca yedirtdi, Yovşan suyunu içirtdi.


Xudavənd Rəbb belə deyir: “O axmaq peyğəmbərlərin vay halına! Onlar öz ruhları ilə ilhamlanır və heç bir vəhy almayıb.


ona dedi: «Yerusəlim şəhərini gəz və orada edilən bütün iyrənc işlərdən ötrü ah-nalə edən adamların alnına işarə qoy».


Qocanı, cavanı, ərə getməmiş qızı, uşaqlarla qadınları ölənəcən vurun, ancaq üstündə işarə olan adamlara toxunmayın. Mənim Müqəddəs məkanımdan başlayın». Onlar da məbədin önündə olan ağsaqqalları qırmağa başladı.


Onda mən Daniel taqətdən düşdüm və bir neçə gün xəstə oldum. Sonra qalxıb padşahın işləri ilə məşğul olmağa başladım. Mən bu görüntüdən çaşqın hala gəlmişdim, onu anlaya bilmirdim.


Eşitdim və varlığım lərzəyə gəldi, Səsindən dodaqlarım əsdi. Çürüklük sümüklərimə girdi, Dizlərim titrədi. Amma bizə hücum edən xalqın Fəlakətə düşdüyü günü səbirlə gözləyəcəyəm.


Bir vaxt Qanun məndə yox ikən mən sağ idim, amma o əmr mənə gələndə günah dirildi,


Bizi izlə:

Reklamlar


Reklamlar