Biblia Todo Logo
Onlayn İncil

- Reklamlar -




YEREMYA 2:18 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

18 Bəs Şixor suyundan içmək üçün Misirə niyə gedirsən? Fərat suyundan içmək üçün Aşşura niyə gedirsən?

Fəsildə baxın Kopyalayın

Azərbaycan Bibliyası 2008

18 Bəs Şixor suyundan içmək üçün Misirə niyə gedirsən? Fərat suyundan içmək üçün Aşşura niyə gedirsən?

Fəsildə baxın Kopyalayın

МУГӘДДӘС КИТАБ

18 Бәс Шихор сујундан ичмәк үчүн Мисирә нијә ҝедирсән? Фәрат сујундан ичмәк үчүн Ашшура нијә ҝедирсән?

Fəsildə baxın Kopyalayın




YEREMYA 2:18
18 Çarpaz İstinadlar  

O zaman padşah Axaz özü üçün kömək istəyərək Aşşur padşahlarına xəbər göndərdi.


Şixorun taxılı, Nilin məhsulu Dəniz yolundan gələn gəliriniz idi. Bütün şəhər millətlərin alver yeri idi!


Kömək üçün Misirə enənlərin, Atlara güvənənlərin vay halına! Onlar döyüş arabalarının çoxluğuna, Süvarilərin gücünə bel bağlayır! Amma İsrailin Müqəddəsinə baxmırlar, Rəbbi axtarmırlar!


O gün Xudavənd Fəratın o tayından muzdla tutduğu ülgüclə – Aşşur padşahı ilə saçlarınızı, Bədəndəki tüklərinizi və saqqallarınızı qırxacaq.


Nə üçün tez-tez dolanıb dönüklük edirsən? Aşşurda pərt olduğun kimi Misirdə də pərt olacaqsan.


Nə vaxta qədər sərgərdan gəzəcəksən, Ey dönük qız? Rəbb dünyada yeni bir şey yaradacaq: Qadın kişini qoruyacaq».


Hər an boş yerə yardım gözləməkdən Gözlərimiz taqətdən düşdü, Bizi qurtara bilməyən milləti Hey gözlədik, gəlmədi.


Doyunca çörək yemək üçün Misirə, Aşşura əl açmışıq.


Aşşurlularla da pozğunluq etdin, çünki doymurdun. Onlarla pozğunluq etdin, ancaq bu da sənə kifayət etmədi.


Ancaq Yəhuda padşahı atlar və çoxlu əsgər versinlər deyə elçilərini Misirə göndərərək Babil padşahına qarşı üsyan qaldırdı. O uğur qazanacaqmı? Bu işləri görən salamat qalacaqmı? Əhdi pozan salamat qalacaqmı?”


bunları sənin başına gətirdi, çünki başqa millətlərlə birgə fahişəlik etdin, onların bütləri ilə murdar oldun.


Efrayim xəstəliyini, Yəhuda yarasını gördü. Efrayim Aşşura getdi, Böyük padşahdan kömək istədi, Amma o sizə şəfa verməz, Yaranızı sağaltmaz.


Efrayim səfeh və dərrakəsiz bir göyərçin kimidir. Gah Misirliləri çağırır, Gah Aşşura gedirlər.


Misir qarşısında olan Şixor çayından şimala tərəf Kənanlıların torpağı sayılan Eqron sərhədinə qədər torpaqlar; Filiştlilərin beş ağasına məxsus Qəzzəlilərin, Aşdodluların, Aşqelonluların, Qatlıların torpaqları və Eqronluların ağalarına məxsus torpaqlar; Avvalıların torpağı;


Bizi izlə:

Reklamlar


Reklamlar