Biblia Todo Logo
Onlayn İncil

- Reklamlar -




YEREMYA 2:17 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

17 Səni yolla aparan Allahın Rəbbi tərk etməklə Bu işi öz başına gətirmədinmi?

Fəsildə baxın Kopyalayın

Azərbaycan Bibliyası 2008

17 Səni yolla aparan Allahın Rəbbi tərk etməklə Bu işi öz başına gətirmədinmi?

Fəsildə baxın Kopyalayın

МУГӘДДӘС КИТАБ

17 Сәни јолла апаран Аллаһын Рәбби тәрк етмәклә Бу иши өэ башына ҝәтирмәдинми?

Fəsildə baxın Kopyalayın




YEREMYA 2:17
28 Çarpaz İstinadlar  

«Bunları sənin başına gətirən öz işlərin, öz əməllərindir. Cəzanın acısı lap ürəyinə çatıb.


Səni öz pisliyin cəzalandıracaq, Dönüklüyün töhmətini alacaqsan. Sən də görüb bil ki, Allahın Rəbbi atmağın, Məndən qorxmamağın pis və acı şeydir” Ordular Rəbbi Xudavənd belə bəyan edir.


“Çünki xalqım iki pis əməl etdi: Məni – axar suların mənbəyini atıb Özlərinə hovuzlar, su saxlamayan çatlı hovuzlar düzəltdilər.


Ey İsrail, Mənə – Köməkçinə qarşı çıxmağın Səni ölümə aparır.


Günah edən millətin, Şər işlər görən xalqın, Yolunu azmış nəslin, Pozulmuş övladların vay halına! Onlar Rəbbi tərk etdilər, İsrailin Müqəddəsinə xor baxdılar, Ondan üz döndərdilər.


Mənim gördüyümə görə şər sahəsini belləyən, Əzab toxumu səpən insanlar əkdiyini biçər.


Sən də, oğlum Süleyman, atanın Allahını tanı, səmimi qəlbdən və həvəslə Ona qulluq et, çünki Rəbb bütün ürəkləri sınayır və ağılların bütün istəklərini bilir. Əgər Onu axtarsan, sən Onu tapacaqsan. Əgər Onu tərk etsən, O da səni əbədi olaraq atacaq.


Rəbb bunu görəndə onları rədd etdi, Çünki oğul və qızları Onu hiddətləndirdi.


Onu quraq bir torpaqda, Uğultulu, boş-biyaban səhrada tapdı. Bir sipər kimi onu hifz etdi, Göz bəbəyi kimi onu qorudu.


Lakin əgər belə etməsəniz, budur, Rəbbə qarşı günah etmiş olursunuz və bilin ki, günahınıza görə cəza alacaqsınız.


Təqsirləriniz bunları sizdən aldı, Günahlarınız sizi bu nemətdən məhrum etdi.


Əgər ürəyində «Bütün bunlar nə üçün başıma gəldi» desən, Bil ki, günahının çoxluğundan Ətəklərin qaldırıldı və zorlandın.


Çünki onlar Məndən üz döndərdi, buranı yad bir ölkəyə çevirdi. Orada özlərinin, atalarının və Yəhuda padşahlarının tanımadıqları başqa allahlara buxur yandırdılar və bu yeri günahsız qanla doldurdular.


Etdikləri pislikdən ötrü o şəhərlər bu gün viran olmuş və sakinsiz qalmışdır. Onlar özlərinin, sizin və atalarının tanımadıqları başqa allahlara buxur yandırıb qulluq edərək Məni qəzəbləndirdi.


Murdarlıqlarına və üsyanlarına görə onlarla rəftar etdim, onlardan üz döndərdim”.


O, Asanın qarşısına çıxıb ona dedi: «Ey Asa, bütün Yəhudalılar və Binyaminlilər, məni dinləyin! Siz Rəbb ilə bərabər olarkən O da sizinlədir. Əgər siz Onu axtarsanız, O da Özünü sizə göstərər. Ancaq siz Onu tərk etsəniz, O da sizi tərk edər.


Çünki Onun ardınca getmədilər, Yollarının heç birinə fikir vermədilər.


Düz yolu buraxana şiddətli töhmət verilər, Məzəmmətə nifrət edənə ölüm gələr.


Üsyankar olub Rəbbi rədd etdik, Allahımızın ardınca getmədik, Zorakılıq, xəyanətlə dolu sözlər danışdıq, Yalan kəlmələri ürəyimizdə gizlətdik, Sonra aşkara çıxartdıq.


Bunlar Yaqub övladlarının üsyankarlığına, İsrail xalqının günahlarına görədir. Yaqub övladlarının üsyankarlığına görə Axı kimdir müqəssir? Samariya deyilmi? Yəhudanın bütpərəstliyinə görə Axı kimdir təqsirkar? Yerusəlim deyilmi?


Bizi izlə:

Reklamlar


Reklamlar