Biblia Todo Logo
Onlayn İncil

- Reklamlar -




YEREMYA 2:10 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

10 Siz Kittim adalarına gedib görün, Qedara adam göndərib öyrənin. Görün belə bir şey oldumu?

Fəsildə baxın Kopyalayın

Azərbaycan Bibliyası 2008

10 Siz Kittim adalarına gedib görün, Qedara adam göndərib öyrənin. Görün belə bir şey oldumu?

Fəsildə baxın Kopyalayın

МУГӘДДӘС КИТАБ

10 Сиэ Киттим адаларына ҝедиб ҝөрүн, Гедара адам ҝөндәриб өјрәнин. Ҝөрүн белә бир шеј олдуму?

Fəsildə baxın Kopyalayın




YEREMYA 2:10
21 Çarpaz İstinadlar  

Doğulma sırasına görə İsmailin oğullarının adları belədir: İsmailin ilk oğlu Nevayot, Qedar, Adbeel, Mivsam,


Onlara deyəcəklər: “Ona görə ki bu xalq atalarını Misir torpağından çıxaran özlərinin Allahı Rəbbi tərk etdi və başqa allahlardan yapışdı, onlara səcdə və qulluq etdi. Buna görə də Rəbb bütün bu bəlanı onların üzərinə göndərdi”».


Yavanın oğulları: Elişa, Tarşiş, Kittim və Rodanim.


Davud qocalıb yaşa dolanda oğlu Süleymanı İsrail üzərində padşah etdi.


Qohatın oğulları: Amram, İshar, Xevron və Uzziel – dörd nəfər.


Xudavənd mənə belə dedi: «Tam bir ilin ərzində Qedarın bütün əzəməti qurtaracaq.


Sur barəsində xəbərdarlıq: Ey Tarşiş gəmiləri, fəryad edin, Çünki Sur şəhəri evləri ilə, limanları ilə birlikdə dağıldı, Kittim torpağından onlara xəbər gəldi.


Onda Rəbb dedi: «Ey zorlanmış bakirə Sidon qızı, Sən bir daha sevinməyəcəksən! Qalx, Kittimə yollan, Amma orada da canına rahatlıq tapmayacaqsan».


Babil padşahı Navuxodonosorun məğlub etdiyi Qedar və Xasor padşahlıqları barədə Rəbb belə deyir: «Qalxın Qedara hücum edin, Şərq xalqını məhv edin.


Öz paltarlarından götürüb özünə müxtəlif səcdəgahlar düzəltdin və onların üstündə fahişəlik etdin. Beləsi nə olmuşdu, nə də olacaq.


Ərəbistan və bütün Qedar rəhbərləri Sənin müştərilərin idi, Quzu, qoç və təkə ilə Səninlə ticarət etdilər.


Avarlarını Başanın palıd ağaclarından qayırdılar, Göyərtəni fil sümüyü ilə bəzənən, Kittim sahillərindən gətirilən Şam ağaclarından düzəltdilər.


Buna görə də Xudavənd Rəbb belə deyir: «Siz ətrafınızda olan millətlərdən də çox azğınlıq etdiniz, qaydalarıma əməl etmədiniz, hökmlərimi yerinə yetirmədiniz, hətta ətrafınızda olan millətlərin hökmlərinə görə də davranmadınız».


Sonra nəzərini sahil ölkələrinə çevirəcək və onların çoxunu alacaq. Ancaq bir sərkərdə onun etdiyi təhqirə son qoyacaq, hətta təhqirini öz başına gətirəcək.


Kittim gəmiləri ona qarşı gələcək və o, ruhdan düşüb geri dönəcək. Qəzəblənib müqəddəs əhdə qarşı çıxacaq və yenə müqəddəs əhdə xəyanət edənlərlə yaxşı davranacaq.


Kittim sahillərindən gəmilər gələcək, Aşşur ilə Everi ram edəcək, Amma onlar da məhv olacaq».


Danışırlar ki, aranızda cinsi əxlaqsızlıq baş verir: sizdən bir nəfər ögey anası ilə yaşayır. Belə cinsi əxlaqsızlığa hətta bütpərəstlər arasında da rast gəlmək mümkün deyil!


Bu hissələri görən hər kəs belə dedi: «İsrail övladları Misirdən çıxandan bu günədək belə bir hadisə olmamışdır və görünməmişdir. Bu barədə düşünün, məsləhətləşib bir qərar verin».


Bizi izlə:

Reklamlar


Reklamlar