Biblia Todo Logo
Onlayn İncil

- Reklamlar -




YEREMYA 17:6 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

6 O, çöldəki yulğun ağacı kimi olacaq, Xeyir gələndə onu görməyəcək. Səhrada olan quraq yerlərdə Heç kəs yaşamayan şoranlıqda sakin olacaq.

Fəsildə baxın Kopyalayın

Azərbaycan Bibliyası 2008

6 O, çöldəki yulğun ağacı kimi olacaq, Xeyir gələndə onu görməyəcək. Səhrada olan quraq yerlərdə Heç kəs yaşamayan şoranlıqda sakin olacaq.

Fəsildə baxın Kopyalayın

МУГӘДДӘС КИТАБ

6 О, чөлдәки јулғун ағаҹы кими олаҹаг, Хејир ҝәләндә ону ҝөрмәјәҹәк. Сәһрада олан гураг јерләрдә Һеч кәс јашамајан шоранлыгда сакин олаҹаг.

Fəsildə baxın Kopyalayın




YEREMYA 17:6
17 Çarpaz İstinadlar  

Padşahın sağında duran köməkçi Allah adamına cavab verib dedi: «Rəbb göylərdə pəncərələr açsa da, bu iş ola bilməz». Allah adamı isə dedi: «Bax sən gözlərinlə bunu görəcəksən, ancaq ondan yeməyəcəksən».


Axar suların, bal və qaymaq axan dərələrin Səfasını görməyəcək.


Ona çölləri məskən verdim, Şoran düzləri ona yurd etdim.


Yarpaqları solmuş palıd ağacına, Susuz bağa dönəcəksiniz.


Mən Rəbb də deyirəm ki, Nexelamlı Şemayanı və onun nəslini cəzalandıracağam. Bu xalqın arasında onun nəslindən olan bir kəs sağ qalmayacaq, xalqıma edəcəyim xeyirxahlığı görməyəcək, çünki o, xalqı Rəbbə qarşı üsyana təhrik etdi” Rəbb belə bəyan edir».


Qaçın, canınızı qurtarın! Çöldəki yulğun ağacı kimi az-az görünün.


Ancaq Duz dənizinin palçıqlı və bataqlıq yerləri şirin suya çevrilməyəcək, şoranlıq olaraq qalacaq.


Buna görə də İsrailin Allahı, Ordular Rəbbi bəyan edir. Varlığıma and olsun ki, Moav mütləq Sodom kimi, Ammon Homorra kimi olacaq: Oraları alaqlar və duzlu çalalar basacaq, Əbədi viranəliyə dönəcək. Xalqımın qalanları oranı talan edəcək, Torpaqlarına millətimdən sağ qalanlar Sahib olacaq».


Bütün torpaq yanacaq, kükürd və duzla örtüləcək, toxum əkilməyəcək, cücərti görünməyəcək, ot bitməyəcək. Ölkə Rəbbin qızğın qəzəbi ilə yerlə yeksan etdiyi Sodom, Homorra, Adma və Sevoyim kimi viran olacaq.


Avimelek bütün günü şəhərə hücum edərək şəhəri aldı. Orada olan adamları qırdı, şəhəri viran edib yerinə duz əkdi.


Bizi izlə:

Reklamlar


Reklamlar