Biblia Todo Logo
Onlayn İncil

- Reklamlar -




YEREMYA 15:5 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

5 Ey Yerusəlim, bəs sənə kim acıyacaq? Sənin üçün kim yas tutacaq? Halını soruşmaq üçün Kim yolundan dönüb sənin yanına gələcək?

Fəsildə baxın Kopyalayın

Azərbaycan Bibliyası 2008

5 Ey Yerusəlim, bəs sənə kim acıyacaq? Sənin üçün kim yas tutacaq? Halını soruşmaq üçün Kim yolundan dönüb sənin yanına gələcək?

Fəsildə baxın Kopyalayın

МУГӘДДӘС КИТАБ

5 Еј Јерусәлим, бәс сәнә ким аҹыјаҹаг? Сәнин үчүн ким јас тутаҹаг? Һалыны сорушмаг үчүн Ким јолундан дөнүб сәнин јанына ҝәләҹәк?

Fəsildə baxın Kopyalayın




YEREMYA 15:5
15 Çarpaz İstinadlar  

Aman, ey dostlarım, aman, Allahın əli məni vurdu!


Musa qayınatasının qarşısına çıxdı, təzim edib onunla öpüşdü; onlar bir-birlərindən hal-əhval tutub çadıra girdilər.


Bu iki bəla sənin başına gəldi, Dərdinə kim şərik olacaq? Qarət, dağıntı, qıtlıq və qılınc! Sənə necə təsəlli verim?


Rəbb bəyan edir: “Mən onları ata və oğulları ilə birlikdə bir-birlərinə çırpacağam. Onlara rəhm etməyəcək, aman verməyəcək, həlak etməyə heyfsilənməyəcəyəm”».


Çünki Rəbb belə deyir: “Yas evinə girmə, ağlamaq üçün getmə, başsağlığı vermə, çünki bu xalqın arasından Öz sülhümü, məhəbbətimi və mərhəmətimi götürdüm” Rəbb belə bəyan edir.


Rəbb belə bəyan edir: “Bundan sonra Yəhuda padşahı Sidqiyanı və əyanlarını, həmçinin bu şəhərdə vəbadan, qılıncdan və aclıqdan sağ qalanları Babil padşahı Navuxodonosora və canlarını almaq istəyən düşmənlərinə təslim edəcəyəm. O onları qılıncdan keçirəcək, onlara nə rəhm, nə şəfqət, nə də mərhəmət edəcək”.


Sion əl açıb, Amma ona təsəlli verən yoxdur. Rəbb Yaqub nəslinə qarşı bu əmrini verib: «Qoy qonşuları onun düşməni olsun, Çünki Yerusəlim onlar üçün murdar əskiyə çevrilib».


Səni görənlərin hamısı səndən qaçıb Belə deyəcək: “Nineva viran qaldı! Onun üçün kim ağlayacaq?” Haradan sənə təsəlli verənləri tapım?»


Onlar oraya burulub, o gənc Levilinin qaldığı Mikeyanın evinə gələrək onun hal-əhvalını xəbər aldılar.


Onlar səni salamlayaraq iki kömbə çörək verəcəklər. Sən də o çörəkləri onlardan alacaqsan.


Davud gətirdiyi şeyləri tədarük keşikçisinə verdi, özü isə cəbhəyə qaçdı və qardaşlarının yanına gəlib onları salamladı.


O, on nökər göndərib onlara dedi: «Karmelə qalxıb Navalın yanına gedin və məndən ona salam deyin.


Bizi izlə:

Reklamlar


Reklamlar