Biblia Todo Logo
Onlayn İncil

- Reklamlar -




YEREMYA 15:10 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

10 Vay mənim halıma! Ey anam, sən məni bütün ölkə ilə Mübahisə və dava etmək üçün doğmusan! Mən heç kəsə sələm vermədim, Heç kəs də mənə sələm vermədi. Ancaq hamı məni lənətləyir.

Fəsildə baxın Kopyalayın

Azərbaycan Bibliyası 2008

10 Vay mənim halıma! Ey anam, sən məni bütün ölkə ilə Mübahisə və dava etmək üçün doğmusan! Mən heç kəsə sələm vermədim, Heç kəs də mənə sələm vermədi. Ancaq hamı məni lənətləyir.

Fəsildə baxın Kopyalayın

МУГӘДДӘС КИТАБ

10 Вај мәним һалыма! Еј анам, сән мәни бүтүн өлкә илә Мүбаһисә вә дава етмәк үчүн доғмусан! Мән һеч кәсә сәләм вермәдим, Һеч кәс дә мәнә сәләм вермәди. Анҹаг һамы мәни ләнәтләјир.

Fəsildə baxın Kopyalayın




YEREMYA 15:10
32 Çarpaz İstinadlar  

Axav İlyasa dedi: «Ey düşmənim, axır məni də tapdın». O dedi: «Bəli, səni də tapdım. Sən Rəbbin gözündə pis olan işlər etməyə özünü təslim etdin.


İsrail padşahı Yehoşafata dedi: «Rəbdən soruşmaq üçün bir nəfər də var: İmla oğlu Mikeya. Ancaq mənim ondan zəhləm gedir, çünki yaxşılığıma deyil, pisliyimə peyğəmbərlik edir». Yehoşafat dedi: «Qoy padşah belə söyləməsin».


Xalqıma, yanında yaşayan kasıba pul borc versəniz, onunla sələmçi kimi rəftar etməyin, üstünə sələm qoymayın.


Sərçənin ora-bura uçduğu kimi, Qaranquşun gəlib-getdiyi kimi Nahaq qarğış da boşdur.


Səni bu xalq üçün Möhkəm tunc bir divar edəcəyəm. Sənə qarşı döyüşəcəklər, Ancaq qalib gələ bilməyəcəklər. Çünki Mən səninlə olacağam ki, Səni qurtarıb azad edim» Rəbb belə bəyan edir.


Ondan nə sələm, nə də mənfəət götür. Allahından qorx və qoy soydaşın sənin yanında yaşaya bilsin.


Ona nə sələmlə pul ver, nə də mənfəətini güdmək üçün yemək ver.


Niyə mənə şər göstərirsən, Özün də haqsızlığa baxırsan? Hara nəzər salsam, Orada soyğunçuluq və zorakılıq var, Davaların, çəkişmələrin sonu yoxdur.


O zaman sizi əziyyətə təslim edib öldürəcəklər. Mənim adıma görə bütün millətlər sizə nifrət edəcək.


Mənsə sizə deyirəm ki, düşmənlərinizi sevin, sizi təqib edənlər üçün dua edin.


Şimeon onlara xeyir-dua verib Körpənin anası Məryəmə belə dedi: «Bu Körpə İsraildə bir çox adamın yıxılmasının ya ucalmasının səbəbkarı və insanların rədd etdiyi bir əlamət olmaq üçün təyin olunub.


Bəşər Oğluna görə insanlar sizə nifrət edəndə, sizi cəmiyyətdən qovub təhqir edəndə, adınızı bədnam edəndə nə bəxtiyarsınız!


Biz sənin fikirlərini sənin özündən eşitmək istəyirik. Çünki hər yerdə bu təriqətə qarşı çıxıldığını bilirik».


Bizi izlə:

Reklamlar


Reklamlar