Biblia Todo Logo
Onlayn İncil

- Reklamlar -




YEREMYA 14:8 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

8 Ey İsrailin Ümidgahı, Məşəqqət zamanı Xilaskarı! Nə üçün Sən bu torpaqda bir qərib, Gecələmək üçün yoldan ayrılan bir səyyah kimisən?

Fəsildə baxın Kopyalayın

Azərbaycan Bibliyası 2008

8 Ey İsrailin Ümidgahı, Məşəqqət zamanı Xilaskarı! Nə üçün Sən bu torpaqda bir qərib, Gecələmək üçün yoldan ayrılan bir səyyah kimisən?

Fəsildə baxın Kopyalayın

МУГӘДДӘС КИТАБ

8 Еј Исраилин Үмидҝаһы, Мәшәггәт эаманы Хиласкары! Нә үчүн Сән бу торпагда бир гәриб, Ҝеҹәләмәк үчүн јолдан ајрылан бир сәјјаһ кимисән?

Fəsildə baxın Kopyalayın




YEREMYA 14:8
25 Çarpaz İstinadlar  

Ya Rəbb, bizə qarşı lütfkar ol, Çünki Sənə ümid etmişik. Hər səhər bizim qüvvətimiz ol, Fəlakət günündə bizi qurtar.


Mənəm Rəbb, yalnız Mənəm, Məndən başqa qurtarıcı yoxdur.


Çünki Mən sənin Allahın Rəbbəm, İsrailin Müqəddəsiyəm, Sənin Xilaskarınam. Misiri sənin üçün fidyə, Kuş və Seva ölkələrini Sənin azadlığının əvəzinə verdim.


Həqiqətən, Sən Özünü gizlədən Allahsan, Ey İsrailin Allahı, ey Qurtarıcı!


Danışın, işinizi təqdim edin, Qoy hamı birlikdə məsləhətləşib söyləsin: “Bunu qədimdə kim bəyan etdi, Keçmişdə kim bildirdi?” Bunu Mən Rəbb, demədimmi? Məndən başqa Allah, Ədalətli Allah və Qurtarıcı yoxdur. Məndən başqası yoxdur.


Rəbb dedi: «Əlbəttə, onlar Mənim xalqımdır, Məni aldatmayan övladlarımdır». Beləcə onlara Qurtarıcı oldu.


Ya Rəbb, qüvvətim və qalam, Sıxıntı günündə sığınacağım! Millətlər yer üzünün qurtaracağınadək hər yerdən Sənin yanına gəlib deyəcək: «Atalarımız saxta və puç bütlərə – Heç bir fayda görmədikləri şeylərə varis oldu.


Ya Rəbb, İsrailin Ümidgahı, Səni tərk edənlərin hamısı utanacaq. Rəbb deyir: «Məndən üz döndərənlərin adı Toz-torpağa yazılacaq, Çünki Rəbbi – axar sular mənbəyini tərk etdilər».


Ah, bu nə dəhşətli gündür! Bir daha belə gün olmayacaq, Yaqub nəsli üçün sıxıntı dövrü olacaq, Ancaq yenə də bundan qurtulacaq”.


Kim onları tapdısa, yedi. Düşmənləri dedi: “Biz təqsirkar deyilik, Çünki onlara əsl otlaq olan Rəbbə – Atalarının Ümidgahı Rəbbə qarşı günah etdilər”.


Rəbb Siondan nərə çəkəcək, Yerusəlimdən guruldayacaq, Göy və yer sarsılacaq. Lakin Rəbb Öz xalqı üçün sığınacaq yer, İsrail övladları üçün qala olacaq.


Qalanıza qayıdın, Ey ümid edən əsirlər! Bu gün sizə bildirirəm ki, Sizə zəhmətinizin ikiqat əvəzini verəcəyəm.


Bu səbəbdən sizi buraya görüşüb söhbət etmək üçün çağırmışam. Axı mən İsrailin ümidi uğrunda belə zəncirlənmişəm».


Xilaskarımız Allahın və ümidimiz olan Məsih İsanın əmrinə görə Məsih İsanın həvarisi mən Pauldan


Bu qoca başını qaldırıb şəhərin meydanındakı yolçunu görüb dedi: «Haradan gəlib, hara gedirsən?»


Bizi izlə:

Reklamlar


Reklamlar