Biblia Todo Logo
Onlayn İncil

- Reklamlar -




YEREMYA 1:3 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

3 Bu, Yəhuda padşahı Yoşiya oğlu Yehoyaqimin dövründən Yəhuda padşahı Yoşiya oğlu Sidqiyanın padşahlığının on birinci ilinin sonunadək, beşinci ayda Yerusəlim əhalisinin sürgünə aparılmasına qədər davam etdi.

Fəsildə baxın Kopyalayın

Azərbaycan Bibliyası 2008

3 Bu, Yəhuda padşahı Yoşiya oğlu Yehoyaqimin dövründən Yəhuda padşahı Yoşiya oğlu Sidqiyanın padşahlığının on birinci ilinin sonunadək, beşinci ayda Yerusəlim əhalisinin sürgünə aparılmasına qədər davam etdi.

Fəsildə baxın Kopyalayın

МУГӘДДӘС КИТАБ

3 Бу, Јәһуда падшаһы Јошија оғлу Јеһојагимин дөврүндән Јәһуда падшаһы Јошија оғлу Сидгијанын падшаһлығынын он биринҹи илинин сонунадәк, бешинҹи ајда Јерусәлим әһалисинин сүрҝүнә апарылмасына гәдәр давам етди.

Fəsildə baxın Kopyalayın




YEREMYA 1:3
19 Çarpaz İstinadlar  

Firon Neko Yoşiyanın oğlu Elyaqimi atası Yoşiyanın yerinə padşah etdi və onun adını dəyişdirib Yehoyaqim qoydu. Yehoaxazı isə götürüb apardı. Yehoaxaz Misirə gəlib orada öldü.


Babil padşahı Yehoyakinin yerinə əmisi Mattanyanı padşah etdi və onun adını dəyişib Sidqiya qoydu.


Yoşiyanın oğulları: ilk oğlu Yoxanan, ikincisi Yehoyaqim, üçüncüsü Sidqiya, dördüncüsü Şallum.


Mənə Rəbbin bu sözü nazil oldu:


Babil padşahı Navuxodonosor öz hakimiyyəti altındakı bütün padşahlıqlar və xalqlardan yığılan ordusu ilə birgə Yerusəlimə və ətrafındakı şəhərlərə qarşı döyüşən vaxt Rəbdən Yeremyaya bu söz nazil oldu:


Yəhuda padşahı Yoşiya oğlu Yehoyaqimin dövründə Rəbdən Yeremyaya bu söz nazil oldu:


«Bir tumar götür, Yoşiyanın dövründə səninlə ilk dəfə danışdığım gündən indiyə qədər İsrail, Yəhuda və başqa millətlər haqqında sənə söylədiyim bütün sözləri oraya yaz.


Sidqiyanın padşahlığının on birinci ilində, dördüncü ayın doqquzuncu günü şəhər divarında dəlik açıldı.


«Bütün ölkə xalqına və kahinlərə söylə: “Yetmiş il ərzində beşinci və yeddinci aylarda Oruc tutub yas saxladığınız zaman Mənim üçünmü oruc tuturdunuz?


Ordular Rəbbi belə deyir: «Dördüncü, beşinci, yeddinci və onuncu ayların orucları Yəhuda xalqı üçün sevinc və şadlıq dolu gözəl bayramlar olacaq. Ancaq siz düzgünlüyü və əmin-amanlığı sevin».


Bizi izlə:

Reklamlar


Reklamlar