Biblia Todo Logo
Onlayn İncil

- Reklamlar -




Yaradılış 9:3 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

3 Bütün canlılar da sizə qida olsun, onların hamısını bütün göy otlar kimi sizə verirəm.

Fəsildə baxın Kopyalayın

Azərbaycan Bibliyası 2008

3 Bütün canlılar da sizə qida olsun, onların hamısını bütün göy otlar kimi sizə verirəm.

Fəsildə baxın Kopyalayın

МУГӘДДӘС КИТАБ

3 Бүтүн ҹанлылар да сиэә гида олсун, онларын һамысыны бүтүн ҝөј отлар кими сиэә верирәм.

Fəsildə baxın Kopyalayın




Yaradılış 9:3
18 Çarpaz İstinadlar  

Qurudakı bütün heyvanlar, göydəki bütün quşlar, yerdə sürünən bütün canlılar və dənizdə olan bütün balıqlar sizdən qorxub dəhşətə gələcək. Onlar sizin ixtiyarınıza verilib.


Murdarlanmamaq üçün kahin nə təbii yolla ölən, nə də parçalanıb ölən heyvanın ətini yesin. Rəbb Mənəm.


Rəbb İsada olaraq əminəm ki, heç bir şey özlüyündə murdar deyil. Amma nəyisə murdar sayan adam üçün o şey murdardır.


Çünki Allahın Padşahlığı yemək-içməkdən ibarət deyil, Müqəddəs Ruhda salehlik, sülh və sevincdən ibarətdir.


Qidaya görə Allahın işlərini pozma! Hamısı təmizdir. Amma yeməyi ilə başqasının büdrəməsinə səbəb olan adam pislik edir.


Yeyən yeməyənə xor baxmasın, yeməyən də yeyəni mühakimə etməsin. Çünki Allah onu qəbul edib.


«Hər şeyə icazə var» deyirsiniz, amma hər şey xeyir vermir. «Hər şeyə icazə var», lakin hər şey ruhən inkişaf etdirmir.


Beləliklə, nə yeyirsinizsə, nə içirsinizsə, nə edirsinizsə, hər şeyi Allahın izzəti üçün edin.


Ancaq Allahınız Rəbbin sizə verdiyi bərəkətə görə yaşadığınız şəhərlərdə ürəyiniz istəyən qədər heyvan kəsib ətindən yeyə bilərsiniz. Pak yaxud murdar insan bu əti ceyran və ya maral əti yediyiniz kimi yeyə bilər.


Buna görə qoy heç kim yemək-içmək üzündən yaxud bayram, Təzə Ay mərasimi ya Şənbə gününə görə sizi mühakimə etməsin.


Bizi izlə:

Reklamlar


Reklamlar