Biblia Todo Logo
Onlayn İncil

- Reklamlar -




Yaradılış 7:11 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

11 Həmin gün – Nuhun ömrünün altı yüzüncü ilində, ikinci ayın on yeddinci günü dərinlikdə olan bütün gur su qaynaqları püskürdü və göylərin pəncərələri açıldı.

Fəsildə baxın Kopyalayın

Azərbaycan Bibliyası 2008

11 Həmin gün – Nuhun ömrünün altı yüzüncü ilində, ikinci ayın on yeddinci günü dərinlikdə olan bütün gur su qaynaqları püskürdü və göylərin pəncərələri açıldı.

Fəsildə baxın Kopyalayın

МУГӘДДӘС КИТАБ

11 Һәмин ҝүн – Нуһун өмрүнүн алты јүэүнҹү илиндә, икинҹи ајын он једдинҹи ҝүнү дәринликдә олан бүтүн ҝур су гајнаглары пүскүрдү вә ҝөјләрин пәнҹәрәләри ачылды.

Fəsildə baxın Kopyalayın




Yaradılış 7:11
27 Çarpaz İstinadlar  

Allah qübbəni düzəltdi və qübbənin altındakı suları onun üstündəki sulardan ayırdı. Belə də oldu.


Bax Mən yer üzünü suya qərq edəcəyəm ki, göylər altında həyat nəfəsi olan bütün canlılar məhv olsun və yer üzündə olanların hamısı öləcək.


Yer üzündə daşqın olanda Nuhun altı yüz yaşı var idi.


İkinci ayın iyirmi yeddinci günü yer üzündəki su tamamilə qurudu.


Dərinlikdə olan su qaynaqları və göylərin pəncərələri bağlandı, yağış dayandı.


Padşahın köməkçisi də Allah adamına cavab verib demişdi: «Rəbb göylərdə pəncərələr açsa da, bu iş ola bilməz». Allah adamı isə demişdi: «Bax sən gözlərinlə bunu görəcəksən, ancaq ondan yeməyəcəksən».


Padşahın sağında duran köməkçi Allah adamına cavab verib dedi: «Rəbb göylərdə pəncərələr açsa da, bu iş ola bilməz». Allah adamı isə dedi: «Bax sən gözlərinlə bunu görəcəksən, ancaq ondan yeməyəcəksən».


Suları kəsərsə, quraqlıq olar, Suları buraxsa, dünyanı sel aparar.


İnsan məskənlərindən uzaq bir çuxur açır, İnsan ayağı dəyməyən yerlərdə, İnsanlardan uzaqlarda ilişib yellənə-yellənə qalır.


Dənizin mənbələrinə getmisənmi? Dərinliyin dibində gəzmisənmi?


Kim buludları ağılla saya bilər? Göyün tuluqlarını kim boşalda bilər?


Biliyi ilə dərinliklər yarılıb, Göylərdən şeh çilənir.


Dəhşətdən qaçan dərin çuxura düşəcək, Dərin çuxurdan çıxa bilən tələyə düşəcək. Göylərin pəncərələri açılacaq, Dünyanın təməlləri sarsılacaq.


Yer üzü çatlayacaq, çatlayacaq, Dünya yarılacaq, yarılacaq, Dünya lərzəyə gələcək, lərzəyə gələcək!


Məndən qorxmursunuzmu?» Rəbb belə bəyan edir. «Mənim qarşımda titrəmirsinizmi? Axı Mən əbədi qayda ilə Dəniz üçün qumu sərhəd qoydum, Dəniz bu sərhədi keçə bilməz. Dalğaları coşsa da, Üstün gələ bilməz. Nərə çəksə də, keçə bilməz.


O gurlayanda göydəki sular çağlayır, Yerin ucqarlarından buludları yüksəldir, Yağış üçün şimşək çaxdırır, Anbarlarından külək çıxarır.


Xudavənd Rəbb belə deyir: “Səni sakinsiz qalmış şəhərlər kimi xaraba bir şəhərə çevirdiyim, əngin dənizlərlə qərq etdiyim vaxt dərin sular səni örtəndə


Bütün ondabirlərinizi anbara gətirin ki, məbədimdə ərzaq olsun». Ordular Rəbbi deyir: «Siz bununla Məni sınayın. Görəcəksiniz ki, göylərin pəncərələrini sizə açacağam, üzərinizə ehtiyaclarınızdan da çox bərəkət yağdıracağam.


Daşqından əvvəlki həmin günlərdə, Nuhun gəmiyə girdiyi günə qədər insanlar yeyib-içir, evlənir, ərə gedirdi.


İnsanlar «sülh və təhlükəsizlik» deyəndə hamilə qadının ağrıları necə qəfildən tutursa, onlar da elə qəfil məhvə düçar olacaq və bundan əsla qaça bilməyəcəklər.


Yenə də su ilə, yəni daşqınla o dövrkü dünya məhv oldu.


Bizi izlə:

Reklamlar


Reklamlar