Biblia Todo Logo
Onlayn İncil

- Reklamlar -




Yaradılış 7:1 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

1 Rəbb Nuha dedi: «Sən bütün ailənlə birgə gəmiyə gir, çünki bu bəşər nəsli içində yalnız səni önümdə saleh gördüm.

Fəsildə baxın Kopyalayın

Azərbaycan Bibliyası 2008

1 Rəbb Nuha dedi: «Sən bütün ailənlə birgə gəmiyə gir, çünki bu bəşər nəsli içində yalnız səni önümdə saleh gördüm.

Fəsildə baxın Kopyalayın

МУГӘДДӘС КИТАБ

1 Рәбб Нуһа деди: «Сән бүтүн аиләнлә бирҝә ҝәмијә ҝир, чүнки бу бәшәр нәсли ичиндә јалныэ сәни өнүмдә салеһ ҝөрдүм.

Fəsildə baxın Kopyalayın




Yaradılış 7:1
26 Çarpaz İstinadlar  

Ancaq əhdimi səninlə bağlayıram. Sən oğulların, arvadın və gəlinlərinlə birgə gəmiyə minərsən.


Nuhun tarixçəsi belədir: Nuh saleh və öz nəsli arasında qüsursuz bir adam idi. O, Allahla bir yol gedirdi.


Elə həmin gün Nuh, onun arvadı, oğulları Sam, Ham, Yafəs və üç gəlini gəmiyə mindilər.


Nuh, onun arvadı, oğulları və gəlinləri daşqından qurtarmaq üçün birlikdə gəmiyə mindilər.


Onun önündə kamilliyə çatmışam, Özümü günahdan qorumuşam.


Kamalla gəzib-dolaşan dinc yaşar, Yolu əyri olanlar üzə çıxar.


Rəbdən qorxan tam arxayındır, Çünki Rəbb onun övladlarının pənahıdır.


Rəbbin adı qüvvətli bir qaladır, Saleh qaçıb ona pənah aparır.


“Əgər Nuh, Daniel və Əyyub – bu üç adam orada olsa belə, salehlikləri ilə ancaq öz canlarını qurtarar” Xudavənd Rəbb belə bəyan edir.


Ey Rəbbin hökmünə əməl edən sizlər, Ölkədəki itaətkar insanlar, Rəbbə meyl salın! Salehliyə meyl salın! İtaətkarlığa meyl salın! Bəlkə siz Rəbbin qəzəb günündə qurtula bildiniz.


Onların hər ikisi Allahın gözündə saleh idi və Rəbbin qoyduğu əmr və qaydaların hamısına nöqsansız əməl edirdilər.


Nuhun günlərində necə idisə, Bəşər Oğlunun günlərində də elə olacaq.


Çünki bu vəd siz, övladlarınız, uzaqdakıların hamısı – Allahımız Rəbbin çağırdığı hər kəs üçündür».


Nuh hələ gözə görünməyən şeylər barəsində edilən xəbərdarlığa iman vasitəsilə ciddi yanaşaraq öz ev əhlinin xilası üçün gəmi düzəltdi. O, iman vasitəsilə dünyanı məhkum etdi və imana görə olan salehliyi irs olaraq aldı.


Bunlar bir vaxtlar, Allah Nuhun gəmi düzəltdiyi dövrdə səbirlə gözlədiyi vaxt itaətsiz idi. O gəmidə isə az adam, başqa sözlə, səkkiz nəfər sudan sağ-salamat çıxdı.


Bizi izlə:

Reklamlar


Reklamlar