Biblia Todo Logo
Onlayn İncil

- Reklamlar -




Yaradılış 6:5 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

5 Rəbb gördü ki, yer üzündəki insanların şər əməlləri çoxdur və hər zaman onların ürəyindəki fikirlər və niyyətlər pisliyə doğru yönəlir.

Fəsildə baxın Kopyalayın

Azərbaycan Bibliyası 2008

5 Rəbb gördü ki, yer üzündəki insanların şər əməlləri çoxdur və hər zaman onların ürəyindəki fikirlər və niyyətlər pisliyə doğru yönəlir.

Fəsildə baxın Kopyalayın

МУГӘДДӘС КИТАБ

5 Рәбб ҝөрдү ки, јер үэүндәки инсанларын шәр әмәлләри чохдур вә һәр эаман онларын үрәјиндәки фикирләр вә нијјәтләр пислијә доғру јөнәлир.

Fəsildə baxın Kopyalayın




Yaradılış 6:5
24 Çarpaz İstinadlar  

Sodomun əhalisi çox pozğun idi və Rəbbə qarşı çoxlu günah edirdi.


Bundan Rəbbə xoş ətir qalxdı və Rəbb ürəyində dedi: «Cavanlığından bəri insan ürəyinin fikirlərinin həmişə pis olmasına baxmayaraq, insanlara görə bir daha yer üzünü lənətləməyəcəyəm. İndi elədiyim kimi bütün canlıları bir daha məhv etməyəcəyəm.


Haqsızlığı su kimi içən, İyrənc, korlanmış insana O etibar edərmi?


Pis adamların gəzdiyi Köhnə yolumu tutacaqsan?


Məqsədi şər olan ürək; Şərə çatmaq üçün qaçan ayaqlar;


Ancaq bunu öyrəndim ki, Allah insanları kamil yaratdı, Onlar isə qarışıq fikirlərə düşdü.


Səma altında edilən işlərin hamısının pis cəhəti bundadır ki, hər kəsin aqibəti eyni cür olur. Doğrudan da, insanların ürəyi pisliklə doludur. Nə qədər ki yaşayırlar, ürəklərində dəlilik var. Sonra isə ölüb gedirlər.


İnsan ürəyi hər şeydən hiyləgərdir, Çarəsi yoxdur. Onu kim başa düşə bilər?


Ey Yerusəlim, ürəyini pislikdən yuyub-təmizlə ki, xilas olasan. Bəd fikirlərin nə vaxta qədər içində qalacaq?


O mənə dedi: «Ey bəşər oğlu, görürsənmi İsrail nəslinin ağsaqqalları öz bütlərinin otaqlarında, qaranlıq yerlərdə nə edir? Ona görə ki onlar “Rəbb bizi görmür, Rəbb ölkəni tərk etdi” deyir».


O mənə dedi: «İçəri gir, onların orada pis və iyrənc işlərini gör».


Çünki ürəkdən pis fikirlər, qatillik, zinakarlıq, cinsi əxlaqsızlıq, oğurluq, yalançı şahidlik və küfr çıxar.


Nuhun günləri necə idisə, Bəşər Oğlunun zühuru da elə olacaq.


Nuhun günlərində necə idisə, Bəşər Oğlunun günlərində də elə olacaq.


Bu andın sözlərini eşidən zaman kimsə öz-özünə gözaydınlığı verib belə bir fikrə düşməsin: “Onsuz da salamat qalacağam, qoy kefim istəyən kimi yaşayım”. Bu fikir həm münbit torpağa, həm də quru torpağa bəla gətirər.


Çünki bir zamanlar biz də ağılsız, itaətsiz, yolunu azmış, müxtəlif ehtiraslar və zövqlərə qul olan, kin, paxıllıq içində yaşayan mənfur və bir-birimizə nifrət edən adamlar idik.


Bunlar bir vaxtlar, Allah Nuhun gəmi düzəltdiyi dövrdə səbirlə gözlədiyi vaxt itaətsiz idi. O gəmidə isə az adam, başqa sözlə, səkkiz nəfər sudan sağ-salamat çıxdı.


Bizi izlə:

Reklamlar


Reklamlar