Biblia Todo Logo
Onlayn İncil

- Reklamlar -




Yaradılış 49:1 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

1 Yaqub oğullarını çağırıb dedi: «Yanıma toplaşın, gələcəkdə başınıza gələnləri sizə söyləyim:

Fəsildə baxın Kopyalayın

Azərbaycan Bibliyası 2008

1 Yaqub oğullarını çağırıb dedi: «Yanıma toplaşın, gələcəkdə başınıza gələnləri sizə söyləyim:

Fəsildə baxın Kopyalayın

МУГӘДДӘС КИТАБ

1 Јагуб оғулларыны чағырыб деди: «Јаныма топлашын, ҝәләҹәкдә башыныэа ҝәләнләри сиэә сөјләјим:

Fəsildə baxın Kopyalayın




Yaradılış 49:1
28 Çarpaz İstinadlar  

Axır zamanda Rəbbin evi olan dağ Dağların zirvəsində möhkəm duracaq, Təpələrdən yuxarı ucalacaq. Bütün millətlər ona sarı gələcək.


Ordular Rəbbi bunu mənə açdı: «Bu günah sizə ölənə qədər əsla bağışlanmaz!» Ordular Rəbbi Xudavənd belə buyurur.


“Bir gün gələcək ki, sənin sarayında olan hər şey və atalarının bu günə qədər yığdıqları şeylər Babilə aparılacaq, heç nə qalmayacaq” deyir Rəbb.


Hamınız toplaşın, dinləyin! Bütlərdən hansıdır bu şeyləri bəyan edən? Rəbbin sevdiyi adam Babildə Onun məqsədini yerinə yetirəcək, Onun əli Xaldeylilərə qarşı qalxacaq.


Xəbərimizə kim inandı, Rəbbin gücü kimə zahi oldu?


Ürəyinin istəyinə çatana qədər, Onu bitirənə qədər Rəbbin qəzəbi dayanmayacaq. Gələcək günlərdə bunu açıq-aşkar anlayacaqsınız.


Fars padşahı Kirin hökmranlığının üçüncü ilində Belteşassar adlanan Danielə bir vəhy gəldi. Bu vəhy həqiqi idi, amma anlaşılması çox çətin oldu. Görüntü ilə izah ediləndə o bu vəhyi dərk etdi.


İndi gəldim ki, gələcəkdə xalqının başına nə gələcəyini sənə başa salım, çünki bu görüntü gələcək dövrə aiddir».


Padşah Danielə dedi: «İndi ki sən bu sirri aça bildin, həqiqətən, sizin Allahınız allahların Allahı və padşahların Ağasıdır, sirləri açan da Odur».


Həqiqətən, Xudavənd Rəbb qulu olan peyğəmbərlərə Öz niyyətini açmadan heç nə etmir.


Axır zamanda Rəbbin evi olan dağ Dağların zirvəsində möhkəm duracaq, Təpələrdən yuxarı ucalacaq. Xalqlar ona sarı gələcək.


İndi mən xalqımın yanına qayıdıram. Qoy mən bu xalqın gələcəkdə sənin xalqının başına nə gətirəcəyini bildirim».


Müqəddəs Ruh ona əvvəlcədən açıqlamışdı ki, o, Rəbbin Məsihini görməyincə ölməyəcək.


Allah dedi ki, axır zamanda “Bütün bəşər üzərinə Ruhumdan tökəcəyəm. Oğullarınız və qızlarınız peyğəmbərlik edəcək, Cavanlarınız görüntülər, Ağsaqqallarınızsa röyalar görəcək.


Xalqın kişi, qadın və uşaqlarını, həmçinin şəhərinizdə yaşayan yadelliləri toplayın. Qoy hamı eşidib öyrənsin və Allahınız Rəbdən qorxub Qanunun bütün sözlərinə diqqətlə əməl etsin.


Əzabda olarkən, bütün bu hadisələr başınıza gələrkən, nəhayət, Rəbbə dönüb Ona qulaq asacaqsınız.


Ruh aydın şəkildə deyir ki, gələcəkdə bəziləri imandan dönəcək, aldadıcı ruhlara və cinlərin təlimlərinə qulaq asacaqlar.


Bunu bil ki, bu axır zamanda çətin dövrlər olacaq.


Amma bu axır zamanda O bizə Oğul vasitəsilə müraciət etdi; Onu hər şeyin varisi təyin etmişdi və Onun vasitəsilə kainatı yaratmışdı.


Aranızda daimi qardaşlıq sevgisi olsun.


Bundan sonra gördüm ki, göyə açılmış bir qapı var. Əvvəlcə mənimlə danışdığını eşitdiyim, şeypura bənzər səs dedi: «Bura qalx. Bundan sonra baş verməli hadisələri sənə göstərəcəyəm».


Bizi izlə:

Reklamlar


Reklamlar