Biblia Todo Logo
Onlayn İncil

- Reklamlar -




Yaradılış 48:17 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

17 Yusif atasının sağ əlini Efrayimin başına qoyduğunu gördü və bu onun xoşuna gəlmədi. O, atasının əlini Efrayimin başından götürüb Menaşşenin başına qoymaq istədi.

Fəsildə baxın Kopyalayın

Azərbaycan Bibliyası 2008

17 Yusif atasının sağ əlini Efrayimin başına qoyduğunu gördü və bu onun xoşuna gəlmədi. O, atasının əlini Efrayimin başından götürüb Menaşşenin başına qoymaq istədi.

Fəsildə baxın Kopyalayın

МУГӘДДӘС КИТАБ

17 Јусиф атасынын сағ әлини Ефрајимин башына гојдуғуну ҝөрдү вә бу онун хошуна ҝәлмәди. О, атасынын әлини Ефрајимин башындан ҝөтүрүб Менашшенин башына гојмаг истәди.

Fəsildə baxın Kopyalayın




Yaradılış 48:17
13 Çarpaz İstinadlar  

Esav gördü ki, Kənan qızları atası İshaqın xoşuna gəlmir.


Onun etdiyi bu iş Rəbbin gözündə pis oldu və Rəbb onu da öldürdü.


İsrail əllərini çarpaz uzatdı: sağ əlini kiçik olan Efrayimin, sol əlini isə Menaşşenin başına qoydu. Menaşşe ilk oğul olduğuna baxmayaraq, İsrail əllərini qəsdən dəyişdi.


Buna görə də atasına dedi: «Ata, ilk oğul Menaşşedir, sağ əlini onun başına qoy. Belə düz deyil».


Omri Rəbbin gözündə pis olan işlər etdi və özündən əvvəl olanların hamısından çox pislik etdi.


Bu iş Allahın gözündə pis oldu və O, İsrailə cəza verdi.


Yoxsa Rəbb görər, bundan xoşu gəlməz, Düşmənin üzərindən qəzəbini götürər.


Camaat çəkdiyi sıxıntıdan Rəbbə şikayət etdi. Rəbb bunu eşidəndə qəzəbi alovlandı. Rəbbin odu onların arasında yandı və düşərgə ətrafındakıların bəzilərini məhv etdi.


Bilam Rəbbin mələyinə dedi: «Günah etdim, çünki sənin mənə qarşı yolda durduğunu bilmədim. İndi əgər bu sənin gözündə pis görünürsə, qoy evimə qayıdım».


Amma iki oğlu hələ anadan olmamış və yaxşılıq ya pislik etməmiş ikən Allah Rivqaya «böyüyü kiçiyinə qulluq edəcək» dedi; belə ki Allahın seçim məqsədi onların əməllərinə deyil, Öz çağırışına əsaslanaraq bərqərar olsun.


Menaşşe qəbiləsinin püşkünə bu torpaqlar düşdü: Menaşşe Yusifin ilk oğlu idi. Gileadın atası Makir isə Menaşşenin ilk oğlu idi. Makir döyüşçü olduğu üçün Gilead və Başan torpağı onun oldu.


Lakin Rəbb Şamuelə belə dedi: «Onun görünüşünə və uca boyuna baxma, Mən onu rədd etmişəm. Ona görə ki Rəbb insanın gördüyü kimi görməz, çünki insan zahirə, Rəbb isə ürəyə baxar».


Bizi izlə:

Reklamlar


Reklamlar