Biblia Todo Logo
Onlayn İncil

- Reklamlar -




Yaradılış 45:6 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

6 Artıq iki ildir ki, ölkədə aclıqdır, hələ beş il də əkin-biçin olmayacaq.

Fəsildə baxın Kopyalayın

Azərbaycan Bibliyası 2008

6 Artıq iki ildir ki, ölkədə aclıqdır, hələ beş il də əkin-biçin olmayacaq.

Fəsildə baxın Kopyalayın

МУГӘДДӘС КИТАБ

6 Артыг ики илдир ки, өлкәдә аҹлыгдыр, һәлә беш ил дә әкин-бичин олмајаҹаг.

Fəsildə baxın Kopyalayın




Yaradılış 45:6
13 Çarpaz İstinadlar  

Yaqubun tarixçəsi belədir. Yusif on yeddi yaşında bir gənc idi. O öz qardaşları – atalarının arvadları Bilhanın və Zilpanın oğulları ilə birlikdə sürü otarırdı. Yusif onların pis işləri barədə xəbərləri atasına çatdırırdı.


Qoy onlar uğurlu olan bu illərin bütün məhsullarını toplasınlar. Taxılı isə azuqə olaraq şəhərlərdə fironun nəzarəti altında yığıb saxlasınlar.


Misir padşahı fironun hüzurunda olarkən Yusif otuz yaşında idi. Yusif fironun hüzurundan çıxıb bütün Misir ölkəsini dolaşdı.


Misir torpağında yeddi il bolluq qurtardı.


Yusifin söylədiyi kimi yeddi il aclıq başladı. Bütün ölkələrdə aclıq oldu, lakin Misir torpağının hər yerində ərzaq var idi.


Bütün yer üzündə aclıq oldu. Yusif məhsul olan bütün anbarları açıb Misirlilərə taxıl satırdı. Misir torpağında aclıq gücləndi.


İl başa çatanda ikinci il yenə onun yanına gəlib dedilər: «Ağamızdan gizli deyil ki, pulumuz qurtarıb, heyvan sürülərimiz də ağamızındır. Ağamızın hüzurunda canımız və torpaqlarımızdan başqa bir şeyimiz qalmadı.


Yusif xalqa dedi: «Sizi də, torpaqlarınızı da firon üçün satın almışam. Alın, bu sizin toxumunuz, torpağı əkin.


Altı gün işlərinizi görün, yeddinci gün isə istirahət edin. Şum və biçin vaxtı da belə istirahət edin.


Torpağı şumlayan öküzlərlə eşşəklər Kürəklə, yaba ilə sovrulmuş duzlu yem yeyəcək.


Düyəni şumlanmamış, əkilməmiş torpaqdakı axar sulu dərəyə gətirsinlər və orada düyənin boynunu qırsınlar.


Onlardan bəzisini minbaşı və əllibaşı təyin edəcək, bəzisinə torpaqlarını şumladacaq və əkinini biçdirəcək, bəzisini isə hərbi sursat və döyüş arabalarına ləvazimat hazırlamaq üçün işlədəcək.


Bizi izlə:

Reklamlar


Reklamlar