Biblia Todo Logo
Onlayn İncil

- Reklamlar -




Yaradılış 40:5 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

5 Bir gün Misir padşahının zindanda məhbus olan saqisi və çörəkçisi yuxu gördülər. Hər ikisi bir gecədə müxtəlif mənalı yuxular gördü.

Fəsildə baxın Kopyalayın

Azərbaycan Bibliyası 2008

5 Bir gün Misir padşahının zindanda məhbus olan saqisi və çörəkçisi yuxu gördülər. Hər ikisi bir gecədə müxtəlif mənalı yuxular gördü.

Fəsildə baxın Kopyalayın

МУГӘДДӘС КИТАБ

5 Бир ҝүн Мисир падшаһынын эинданда мәһбус олан сагиси вә чөрәкчиси јуху ҝөрдүләр. Һәр икиси бир ҝеҹәдә мүхтәлиф мәналы јухулар ҝөрдү.

Fəsildə baxın Kopyalayın




Yaradılış 40:5
18 Çarpaz İstinadlar  

Ancaq gecə yuxuda Allah Avimelekə görünüb dedi: «Apardığın qadına görə sən öləcəksən, çünki o, bir nəfərin arvadıdır».


Bir müddət sonra Misir padşahının saqisi və çörəkçisi ağaları Misir padşahına qarşı günah etdilər.


Mühafizəçilər rəisi Yusifi onlara xidmətçi təyin etdi və Yusif də onlara xidmət etdi. Onlar bir müddət zindanda qaldılar.


Səhər Yusif onların yanına gəldi və kədərli olduqlarını gördü.


Onlar Yusifə dedilər: «Yuxu görmüşük, ancaq onu yozan yoxdur». Yusif onlara dedi: «Yuxu yozmaq Allahın işi deyilmi? Onu mənə danışın».


Biz bir gecə yuxu gördük, hər birimiz müxtəlif mənalı yuxular gördük.


Həmin gecə padşahın yuxusu qaçdı. O əmr etdi ki, hökmranlığının xatirə kitabı – salnamələr kitabı gətirilsin. Bunlar padşahın hüzurunda oxundu.


O zaman Belteşassar adlanan Daniel bir müddət heyrət içində qaldı və fikirləri onu vahiməyə saldı. Padşah belə dedi: «Ey Belteşassar, bu yuxu və onun yozumu səni vahiməyə salmasın». Belteşassar cavab verdi: «Ey ağam, bu yuxu sənə nifrət edənlərin, onun yozumu sənin düşmənlərinin nəsibi olsun!


Ancaq bir gün məni qorxudan bir yuxu gördüm. Yatarkən düşüncələrim və gördüyüm görüntülər məni vahiməyə saldı.


«Ey sehrbazların ən böyüyü Belteşassar! Bilirəm ki, səndə müqəddəs allahların ruhu var və sənin üçün hər hansı bir sirri açmaq çətin deyil. İndi yuxuda gördüyüm görüntüləri və onların yozumunu mənə söylə.


Rəbb onlara dedi: «İndi sözlərimi dinləyin; Əgər aranızda bir peyğəmbər varsa, Mən Rəbb görüntüdə ona Özümü bildirərəm, Yuxuda onunla danışaram.


Bizi izlə:

Reklamlar


Reklamlar