Biblia Todo Logo
Onlayn İncil

- Reklamlar -




Yaradılış 32:4 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

4 Onlara bu əmri verdi: «Ağam Esava söyləyin ki, qulun Yaqub belə deyir: “Mən Lavanın yanında qalıb indiyə qədər yaşadım”.

Fəsildə baxın Kopyalayın

Azərbaycan Bibliyası 2008

4 Onlara bu əmri verdi: «Ağam Esava söyləyin ki, qulun Yaqub belə deyir: “Mən Lavanın yanında qalıb indiyə qədər yaşadım”.

Fəsildə baxın Kopyalayın

МУГӘДДӘС КИТАБ

4 Онлара бу әмри верди: «Ағам Есава сөјләјин ки, гулун Јагуб белә дејир: “Мән Лаванын јанында галыб индијә гәдәр јашадым”.

Fəsildə baxın Kopyalayın




Yaradılış 32:4
23 Çarpaz İstinadlar  

«Ey ağamız, bizə qulaq as: sən aramızda Allahın qoyduğu bir başçısan, öz ölünü də qəbirlərimizin ən yaxşısında basdır; ölünü basdırmaq üçün bizdən heç kəs qəbrini səndən əsirgəməz».


Esav Yaquba dedi: «Bu qırmızı şorbadan bir az ver, yeyim, çünki acmışam». Buna görə də ona Edom adı verildi.


Xalqlar sənə qulluq etsin, Ümmətlər sənə baş əysin. Öz qardaşlarına ağa ol, Ananın oğulları sənə baş əysin. Sənə lənət edənlərə lənət gəlsin, Sənə xeyir-dua verənlər xeyir-dua alsın».


İshaq Esava cavab verdi: «Onu sənə ağa etdim, bütün qardaşlarını ona qul olaraq verdim, buğda və təzə şərabla onu təmin etdim. Bəs sənə nə edim, oğlum?»


İyirmi il sənin evində qaldım: iki qızın üçün on dörd il və sürün üçün altı il sənə xidmət etdim. Sən isə on dəfə haqqımı dəyişdirdin.


ona söylə: “Bunlar qulun Yaqubundur, bu da ağam Esava göndərilmiş hədiyyələrdir. Özü də bizim dalımızca gəlir”».


Mal-qaram, eşşəklərim, qoyun-keçim, qullarım və qarabaşlarım oldu. Mən ağama xəbər vermək üçün yanına qasidlər göndərdim ki, sənin gözündə lütf tapım».


Xahiş edirəm, ağam qulundan qabaqda getsin, mən isə ağamın yanına, Seirə çatana qədər qabağımda olan sürülərin və uşaqların yerişinə görə yavaş sürəcəyəm».


Esav soruşdu: «Rast gəldiyim o biri dəstəni nə üçün göndərmişdin?» Yaqub dedi: «Ağamın gözündə lütf tapmaq üçün».


Esav, yəni Edom Seir dağlıq diyarında məskən saldı.


Edomluların əcdadı Esavın Seir dağlıq diyarındakı tarixçəsi belədir.


Əgər yaxşı iş görürsənsə, Mən qəbul etmərəmmi? Əgər yaxşı iş görmürsənsə, günah qapının ağzında durub. Onun meyli sənədir, ancaq sən ona üstün gəlməlisən».


Onlar bellərinə çul, başlarına ip bağladılar və gəlib İsrail padşahına dedilər: «Qulun Ben-Hadad “yalvarıram, məni sağ burax” deyir». İsrail padşahı dedi: «O hələ sağdır? O ki mənim qardaşımdır».


Harun cavab verdi: «Qoy ağam qəzəblənməsin. Sən bu xalqı tanıyırsan. Onun niyyəti pisdir.


Həlim cavab hirsi yatırar, Sərt söz qəzəbi alovlandırar.


Səbirlə hökmdarı da inandırmaq olar, Şirin dil sümükləri belə, yumşaldar.


Demək bu qonşunun əlinə düşmüsən. Oğlum, çalış, özünü qurtar: Get onun ayağına düş, yalvar-yaxar.


Əgər hakimin qəzəbi sənə qarşı alovlansa, Yerindən tərpənmə. Çünki sakitlik Böyük xətaların üstünü örtər.


Duma barəsində xəbərdarlıq: Bir nəfər Seirdən məni səsləyir: «Ey gözətçi, gecənin qurtarmağına nə qədər qalıb? Ey gözətçi, gecənin qurtarmağına nə qədər qalıb?»


Çünki özünü yüksəldən hər kəs aşağı tutulacaq, özünü aşağı tutansa yüksəldiləcək».


Məsələn, Sara İbrahimi «ağam» deyə çağıraraq ona itaət edirdi. Siz də yaxşılıq edib heç bir qorxuya qapılmasanız, Saranın övladları olursunuz.


Ya Rəbb, Sən Seirdən çıxarkən, Edom çölündən keçərkən Yer titrədi, göylər damdı. Bəli, buludlardan sular axdı.


Şaul Davudun səsini tanıyıb dedi: «Bu sənin səsindirmi, oğlum Davud?» Davud dedi: «Mənim səsimdir, ağam padşah».


Bizi izlə:

Reklamlar


Reklamlar