Biblia Todo Logo
Onlayn İncil

- Reklamlar -




Yaradılış 3:19 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

19 Alın tərinlə çörək yeyəcəksən. Axırda torpağa qayıdacaqsan, Çünki oradan götürülmüsən, Ona görə ki yerin torpağısan, Torpağa da qayıdacaqsan».

Fəsildə baxın Kopyalayın

Azərbaycan Bibliyası 2008

19 Alın tərinlə çörək yeyəcəksən. Axırda torpağa qayıdacaqsan, Çünki oradan götürülmüsən, Ona görə ki yerin torpağısan, Torpağa da qayıdacaqsan».

Fəsildə baxın Kopyalayın

МУГӘДДӘС КИТАБ

19 Алын тәринлә чөрәк јејәҹәксән. Ахырда торпаға гајыдаҹагсан, Чүнки орадан ҝөтүрүлмүсән, Она ҝөрә ки јерин торпағысан, Торпаға да гајыдаҹагсан».

Fəsildə baxın Kopyalayın




Yaradılış 3:19
33 Çarpaz İstinadlar  

İbrahim cavab verdi: «Mən önündə toz və kül kimi bir şey olsam da, indi bunu Rəbbə söyləməyə cəsarət edirəm:


Rəbb Allah yerin torpağından insanı düzəltdi və onun burnuna həyat nəfəsi üfürdü. Beləcə insan canlı varlıq oldu.


«Mən sizin aranızda qərib və qonağam. Yanınızda qəbir düzəltmək üçün mənə torpaq sahəsi satın ki, öz ölümü götürüb orada basdırım».


O sənə tikan və qanqal bitirəcək, Sən də çöldəki ot-ələfi yeyəcəksən.


Adəm doqquz yüz otuz il ömür sürüb öldü.


O belə dedi: «Bu dünyaya çılpaq gəlmişəm, Çılpaq da gedəcəyəm. Verən də Rəbdir, alan da Rəbdir. Rəbbin isminə alqış olsun!»


Məni palçıqdan düzəltdin, bunu xatırla. Yenidən məni torpağa çevirəcəksənmi?


Dərim yox olandan sonra Bədən alıb Allahı görəcəyəm.


İkisi də torpaqda yatır, İkisinin də bədənini qurd basır.


Bir anda bütün bəşər yox olar, İnsan torpağa qayıdar.


Palçıq evlərdə yaşayanlara, Mayası torpaqdan olanlara, Güvədən də tez əzilənlərə O güvənərmi?


Kim ki ağlın yolundan çıxar, Ölülər camaatı arasında uyuyar.


Ürəyimdə niyyət etdim ki, göylər altında edilən bütün işləri hikmətlə öyrənib araşdırım. Bu çətin işi üzərində zəhmət çəkmək üçün Allah insanlara verib.


İnsanın səma altında çəkdiyi Bütün zəhmətlərinin nə faydası var?


Torpaq gəldiyi yerə qayıtmamış, Həyat nəfəsi isə onu verən Allaha dönməmiş Səni Yaradanı xatırla».


Hamısı bir yerə gedir, hamısı torpaqdan yaranıb, torpağa da qayıdır.


Necə ki o, anasının bətnindən çılpaq doğulub, Eləcə də bu dünyadan gedir. Zəhmətinin bəhrəsindən Heç nəyi əlinə götürüb Özü ilə apara bilmir.


Torpağın altında yatanların çoxu əbədi həyat, bəzisi isə əbədi xəcalət və rüsvayçılıq üçün oyanacaq.


İlk insan yerin torpağından, ikinci İnsan göydən yarandı.


Oğurluq edən artıq oğurluq etməsin, əksinə, zəhmət çəkib öz əlləri ilə yaxşı əməl etsin ki, ehtiyacı olanlarla bölüşdürməyə bir şeyi olsun.


Bəli, qardaşlar, bizim əmək və zəhmətimizi xatırlayırsınız: heç birinizə yük olmamaq üçün gecə-gündüz çalışaraq sizə Allahın Müjdəsini vəz etdik.


Hətta biz sizinlə olarkən sizə bu əmri verdik: kim işləmək istəmirsə, yemək də yeməsin.


Necə müəyyən edilmişdir ki, insanlar bir dəfə ölüb ondan sonra mühakimə olunsunlar,


Bizi izlə:

Reklamlar


Reklamlar