Biblia Todo Logo
Onlayn İncil

- Reklamlar -




Yaradılış 3:17 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

17 Sonra Rəbb Allah Adəmə dedi: «Arvadının sözünə qulaq asdığın üçün, Qadağan etdiyim, “meyvəsini yemə” dediyim Ağacdan yediyin üçün Sənə görə torpaq lənətlənir. Ömrün boyu zəhmətlə Torpaqdan yemək əldə edəcəksən.

Fəsildə baxın Kopyalayın

Azərbaycan Bibliyası 2008

17 Sonra Rəbb Allah Adəmə dedi: «Arvadının sözünə qulaq asdığın üçün, Qadağan etdiyim, “meyvəsini yemə” dediyim Ağacdan yediyin üçün Sənə görə torpaq lənətlənir. Ömrün boyu zəhmətlə Torpaqdan yemək əldə edəcəksən.

Fəsildə baxın Kopyalayın

МУГӘДДӘС КИТАБ

17 Сонра Рәбб Аллаһ Адәмә деди: «Арвадынын сөэүнә гулаг асдығын үчүн, Гадаған етдијим, “мејвәсини јемә” дедијим Ағаҹдан једијин үчүн Сәнә ҝөрә торпаг ләнәтләнир. Өмрүн боју эәһмәтлә Торпагдан јемәк әлдә едәҹәксән.

Fəsildə baxın Kopyalayın




Yaradılış 3:17
28 Çarpaz İstinadlar  

Rəbb Allah dedi: «Kim sənə bildirdi ki, çılpaqsan? Sənə yeməyi qadağan etdiyim ağacın meyvəsindən yeməmisən ki?»


O sənə tikan və qanqal bitirəcək, Sən də çöldəki ot-ələfi yeyəcəksən.


Qadın gördü ki, ağacın meyvəsi yemək üçün yaxşıdır, gözə xoş görünür və bu ağac insana dərrakə verməyi vəd edir. Buna görə də o həmin meyvədən dərib yedi. Sonra yanında olan ərinə də verdi, o da yedi.


O dedi: «Bu oğul Rəbbin lənətlədiyi torpağı becərəndə çəkdiyimiz əziyyətlərdə, əlimizin zəhmətində bizə təsəlli verəcək». Buna görə də onun adını Nuh qoydu.


Bundan Rəbbə xoş ətir qalxdı və Rəbb ürəyində dedi: «Cavanlığından bəri insan ürəyinin fikirlərinin həmişə pis olmasına baxmayaraq, insanlara görə bir daha yer üzünü lənətləməyəcəyəm. İndi elədiyim kimi bütün canlıları bir daha məhv etməyəcəyəm.


Qadından doğulan insanın ömrü azdır, Həyatı sıxıntı ilə doludur.


Neçə dəfə pislərin çırağı söndü, Başlarına bəla gəldi. Allah qəzəblənəndə onlara kədəri pay verdimi?


Mən etdiyim bütün işlərə, Nail olmaq üçün çəkdiyim bütün zəhmətlərə dönüb baxdım: Gördüm ki, hər şey puçdur, Külək dalınca qaçmağa bənzər. Səma altında bunların faydası yoxdur.


Beləcə həyata nifrət etdim, Çünki səma altında edilən işlər Mənim üçün dərddir. Hər şey puçdur, Külək dalınca qaçmağa bənzər.


Ömrü boyu öz çörəyini Qaranlıq, böyük sıxıntı, xəstəlik və Qəzəb içində yeyir.


ona dedi: “Dostum! Sən toy libası geyməmiş buraya necə girdin?” O isə susdu.


O zaman onlara cavab verib deyəcək: “Sizə doğrusunu deyirəm: siz bu ən kiçiklərdən birinə etmədiyinizi Mənə etməmiş oldunuz”.


Ağası ona dedi: “Ay pis qul, səni öz ağzından çıxan sözlərlə mühakimə edəcəyəm! Mənim qəddar bir adam olduğumu, özüm qoymadığımı götürdüyümü və özüm əkmədiyimi biçdiyimi bilirdinmi?


Məndə sülhünüz olsun deyə bunları sizə söylədim. Dünyada əziyyətiniz var, amma cəsarətli olun! Mən dünyaya qalib gəldim».


Biz bilirik ki, Qanunda deyilənlərin hamısı Qanunun hökmü altında olanlara aiddir; belə ki bütün dillər sussun və bütün dünya Allahın hökmünə məruz qalsın.


Tikan və qanqal yetişdirən torpaq isə yararsız və lənətə yaxındır, onun sonu yanmaqdır.


Bizi izlə:

Reklamlar


Reklamlar