Biblia Todo Logo
Onlayn İncil

- Reklamlar -




Yaradılış 28:5 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

5 İshaq Yaqubu yola saldı. O, Paddan-Arama, Yaqubla Esavın anası Rivqanın qardaşı Aramlı Betuel oğlu Lavanın yanına getdi.

Fəsildə baxın Kopyalayın

Azərbaycan Bibliyası 2008

5 İshaq Yaqubu yola saldı. O, Paddan-Arama, Yaqubla Esavın anası Rivqanın qardaşı Aramlı Betuel oğlu Lavanın yanına getdi.

Fəsildə baxın Kopyalayın

МУГӘДДӘС КИТАБ

5 Исһаг Јагубу јола салды. О, Паддан-Арама, Јагубла Есавын анасы Ривганын гардашы Арамлы Бетуел оғлу Лаванын јанына ҝетди.

Fəsildə baxın Kopyalayın




Yaradılış 28:5
12 Çarpaz İstinadlar  

Betueldən Rivqa törədi. Bu səkkiz övladı Milka İbrahimin qardaşı Naxora doğdu.


Özü və onunla birgə olan adamlar yeyib-içdilər və orada gecələdilər. Səhər qalxanda nökər dedi: «Məni ağamın yanına göndərin».


İshaq Paddan-Aramdan Aramlı Lavanın bacısı, Aramlı Betuelin qızı Rivqanı arvad alanda qırx yaşında idi.


Oğlum, indi sözümə qulaq as: qalxıb Xarana, qardaşım Lavanın yanına qaç.


Qalxıb Paddan-Arama, ana baban Betuelin evinə get. Oradan dayın Lavanın qızlarından özünə arvad al.


Yaqub yoluna davam edərək şərq xalqlarının torpağına getdi.


Yaqub atasının qohumlarından və Rivqanın oğlu olduğunu Rəhiləyə bildirdi. Rəhilə də qaçıb atasına danışdı.


Allah gecə yuxusunda Aramlı Lavana görünüb dedi: «Özünü gözlə, Yaquba nə yaxşı, nə də pis söz de».


Yaqub Qiryat-Arbada, yəni Xevronda olan Mamreyə, atası İshaqın yanına gəldi. İbrahim və İshaq Mamredə qərib idilər.


Sənin məmulatın çox olduğu üçün Aram səninlə ticarət etdi, Mallarının əvəzində sənə Firuzə, tünd qırmızı qumaş, naxışlı paltarlar, İncə kətan, mərcan və yaqut verdilər.


Yaqub Aram torpağına qaçdı, İsrail arvad üçün qul oldu, Arvada görə qoyun otardı.


Allahınız Rəbbin önündə bunu bəyan edin: “Atam köçəri Aramlı idi. Azsaylı olaraq Misirə enib orada məskunlaşdı və ondan böyük, güclü, çoxsaylı millət törədi.


Bizi izlə:

Reklamlar


Reklamlar