Biblia Todo Logo
Onlayn İncil

- Reklamlar -




Yaradılış 26:7 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

7 O ölkənin sakinləri İshaqın arvadı barədə soruşanda «bu mənim bacımdır» dedi, çünki «mənim arvadımdır» deməyə qorxdu. Öz-özünə dedi: «Yoxsa Rivqadan ötrü bu yerin adamları məni öldürərlər». Rivqa görünüşcə çox gözəl idi.

Fəsildə baxın Kopyalayın

Azərbaycan Bibliyası 2008

7 O ölkənin sakinləri İshaqın arvadı barədə soruşanda «bu mənim bacımdır» dedi, çünki «mənim arvadımdır» deməyə qorxdu. Öz-özünə dedi: «Yoxsa Rivqadan ötrü bu yerin adamları məni öldürərlər». Rivqa görünüşcə çox gözəl idi.

Fəsildə baxın Kopyalayın

МУГӘДДӘС КИТАБ

7 О өлкәнин сакинләри Исһагын арвады барәдә сорушанда «бу мәним баҹымдыр» деди, чүнки «мәним арвадымдыр» демәјә горхду. Өэ-өэүнә деди: «Јохса Ривгадан өтрү бу јерин адамлары мәни өлдүрәрләр». Ривга ҝөрүнүшҹә чох ҝөэәл иди.

Fəsildə baxın Kopyalayın




Yaradılış 26:7
15 Çarpaz İstinadlar  

O, Misirə yaxınlaşanda arvadı Saraya dedi: «Bax mən bilirəm ki, sən gözəl qadınsan.


Bəlkə sən deyəsən ki, mənim bacımsan, onda sənin xatirinə mənimlə yaxşı rəftar edərlər və mən də sağ qalaram».


Fironun əyanları da qadını gördülər və onu firona təriflədilər. Qadın fironun sarayına aparıldı.


İbrahim dedi: «Düşünürdüm ki, burada Allah qorxusu yoxdur və arvadıma görə məni öldürəcəklər.


İbrahim orada arvadı Sara barəsində «bu mənim bacımdır» söylədi. Gerar padşahı Avimelek adam göndərib Saranı apardı.


O adam mənə “bu mənim bacımdır” demədimi? Qadın özü də “o mənim qardaşımdır” dedi. Mən bunu sadədillik və təmiz niyyətlə etdim».


Qız görünüşcə çox gözəl idi və hələ bakirə idi. O, bulağa endi və səhəngini doldurub yuxarı qalxdı.


İshaq da Gerarda yaşadı.


İshaq orada uzun müddət qaldı. Bir gün Filiştlilərin padşahı Avimelek pəncərədən baxıb gördü ki, İshaq arvadı Rivqanı əzizləyir.


Leanın gözləri zəif görürdü, Rəhilə isə çox gözəl və qamətli idi.


İnsandan qorxan özünü tələyə salar, Amma Rəbbə güvənən arxayın yaşar.


Bədəni öldürüb canı öldürə bilməyənlərdən qorxmayın. Həm canı, həm bədəni cəhənnəmdə məhv edə bilən Allahdan qorxun.


Ey ərlər, Məsih imanlılar cəmiyyətini sevib onun uğrunda Özünü fəda etdiyi kimi siz də arvadlarınızı sevin.


Bir-birinizə yalan deməyin, çünki köhnə mənliyinizi və onun əməllərini üzərinizdən çıxarıb


Bizi izlə:

Reklamlar


Reklamlar