Biblia Todo Logo
Onlayn İncil

- Reklamlar -




Yaradılış 24:53 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

53 Nökər qızıl-gümüş şeylər və paltarlar çıxarıb Rivqaya verdi. Onun qardaşına və anasına da qiymətli şeylər bağışladı.

Fəsildə baxın Kopyalayın

Azərbaycan Bibliyası 2008

53 Nökər qızıl-gümüş şeylər və paltarlar çıxarıb Rivqaya verdi. Onun qardaşına və anasına da qiymətli şeylər bağışladı.

Fəsildə baxın Kopyalayın

МУГӘДДӘС КИТАБ

53 Нөкәр гыэыл-ҝүмүш шејләр вә палтарлар чыхарыб Ривгаја верди. Онун гардашына вә анасына да гијмәтли шејләр бағышлады.

Fəsildə baxın Kopyalayın




Yaradılış 24:53
11 Çarpaz İstinadlar  

Nökər ağasından on dəvə və ən yaxşı hədiyyələr götürüb getdi və Aram-Naharayimə, Naxorun şəhərinə gəldi.


Dəvələr su içib qurtaranda o adam çəkisi bir beqa olan qızıl burun sırğası, qızın qolları üçün çəkisi on şekel olan iki bilərzik götürüb dedi:


Ataları onlara çoxlu hədiyyələr – qızıl, gümüş və qiymətli şeylər, bunlarla bərabər Yəhudada olan qalalı şəhərlər verdi. Padşahlığı isə Yehorama verdi, çünki o, ilk oğul idi.


Aralarında yaşadıqları yerli əhalinin hamısı verdikləri könüllü ianələrdən başqa, qızılla, gümüş qablarla, əşyalarla, heyvanlarla və qiymətli şeylərlə onlara kömək etdilər.


Xalqa çatdır ki, hər kişi öz qonşusundan və hər qadın öz rəfiqəsindən qızıl-gümüş əşyalar istəsin».


İsrail övladları Musanın sözünə əməl etdilər. Misirlilərdən qızıl-gümüş əşyalar və paltar istədilər.


Hər qadın öz qonşusundan, yaxınlıqda qalan qadından qızıl-gümüş əşya və paltar istəsin. Bunlarla oğul və qızlarınızı bəzəyəcəksiniz, beləcə Misirliləri soyacaqsınız».


Yanağına düşən bəzəklərlə, Boynundakı daş-qaşdan olan boyunbağı ilə Bax nə qədər gözəlsən.


Sənin fidanların nar bağçasına oxşayır, Elə bil cənnətdir, orada seçmə meyvələr, Xına və nard çiçəkləri var.


Bunlar Xizqiyanı sevindirdi. O, xəzinəsində olan şeyləri – qızıl-gümüşü, ətriyyatı, qiymətli yağları, silah anbarındakı bütün əşyaları elçilərə göstərdi. Xizqiyanın sarayında və bütün torpağında onlara göstərmədiyi bir şey qalmadı.


Bizi izlə:

Reklamlar


Reklamlar