Biblia Todo Logo
Onlayn İncil

- Reklamlar -




Yaradılış 24:45 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

45 Mən ürəyimdə dua etməyi qurtarmamışdım ki, Rivqa səhəngi çiynində gəldi və bulağa enib su çəkdi. Ona dedim: “Xahiş edirəm, mənə su ver”.

Fəsildə baxın Kopyalayın

Azərbaycan Bibliyası 2008

45 Mən ürəyimdə dua etməyi qurtarmamışdım ki, Rivqa səhəngi çiynində gəldi və bulağa enib su çəkdi. Ona dedim: “Xahiş edirəm, mənə su ver”.

Fəsildə baxın Kopyalayın

МУГӘДДӘС КИТАБ

45 Мән үрәјимдә дуа етмәји гуртармамышдым ки, Ривга сәһәнҝи чијниндә ҝәлди вә булаға ениб су чәкди. Она дедим: “Хаһиш едирәм, мәнә су вер”.

Fəsildə baxın Kopyalayın




Yaradılış 24:45
14 Çarpaz İstinadlar  

onun da mənə ‹sən də iç, dəvələrinə də gedib su çəkim› söyləyəcək qız ağamın oğlu üçün Rəbbin təyin etdiyi arvad olsun”.


Çünki Sən Ordular Rəbbi, İsrailin Allahı “sənə ev tikəcəyəm” deyərək bu quluna vəhy göndərdin. Ona görə də qulun Sənə bu duanı etməyə cəsarət tapdı.


Padşah isə mənə dedi: «Sən məndən nə diləyirsən?» Mən göylərin Allahına dua edərək padşaha dedim:


O vaxt Rəbbi köməyə çağıracaqsınız, Rəbb cavab verəcək. Fəryad edəcəksiniz, O sizə “buradayam” deyəcək. Əgər siz boyunduruğu, Yəni başqalarına zülm etməyinizi Aranızdan rədd etsəniz, Barmaq uzadıb şər sözlər söyləməyə yol verməsəniz,


Onlar Məni çağırmamışdan Mən onlara cavab verəcəyəm, Onlar hələ danışarkən Mən eşidəcəyəm.


Ey Xudavənd, eşit, ey Xudavənd, bağışla, ey Xudavənd, diqqət et və hərəkətə gəl. Ey Allahım, Öz adın naminə gecikmə, çünki şəhərin və xalqın Sənə məxsusdur».


Sənin duanın başlanğıcında Allah cavab verdi və mən də gəldim ki, onu sənə çatdırım, çünki Allah səni çox sevir. İndi isə sözüm barədə düşün və görüntünü bil.


Diləyin, sizə veriləcək, axtarın, tapacaqsınız, qapını döyün və sizə açılacaq.


Korneli cavab verdi: «Üç gün əvvəl elə bu vaxtlarda doqquzuncu saatın duasını edirdim ki, birdən parlaq libaslı bir kişi qarşımda dayandı


Beləcə Ruh da bizə zəif olarkən kömək edir. Biz nə üçün və necə dua etmək lazım olduğunu bilmirik, lakin Ruh Özü dillə deyilməyən ahlarla vəsatətçilik edir.


Bizi izlə:

Reklamlar


Reklamlar