Biblia Todo Logo
Onlayn İncil

- Reklamlar -




Yaradılış 23:6 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

6 «Ey ağamız, bizə qulaq as: sən aramızda Allahın qoyduğu bir başçısan, öz ölünü də qəbirlərimizin ən yaxşısında basdır; ölünü basdırmaq üçün bizdən heç kəs qəbrini səndən əsirgəməz».

Fəsildə baxın Kopyalayın

Azərbaycan Bibliyası 2008

6 «Ey ağamız, bizə qulaq as: sən aramızda Allahın qoyduğu bir başçısan, öz ölünü də qəbirlərimizin ən yaxşısında basdır; ölünü basdırmaq üçün bizdən heç kəs qəbrini səndən əsirgəməz».

Fəsildə baxın Kopyalayın

МУГӘДДӘС КИТАБ

6 «Еј ағамыэ, биэә гулаг ас: сән арамыэда Аллаһын гојдуғу бир башчысан, өэ өлүнү дә гәбирләримиэин ән јахшысында басдыр; өлүнү басдырмаг үчүн биэдән һеч кәс гәбрини сәндән әсирҝәмәэ».

Fəsildə baxın Kopyalayın




Yaradılış 23:6
19 Çarpaz İstinadlar  

İbram çox varlandı: onun çoxlu sürüsü və qızıl-gümüşü oldu.


İbram qohumu Lutun əsir alındığını eşidəndə evində doğulmuş, döyüş təlimi keçmiş üç yüz on səkkiz nökərini götürüb düşmənləri Dana qədər təqib etdi.


O, ürəyində gülüb dedi: «Qocaldığım halda mənə belə şadlıq üz verə bilərmi? Ağam da qocadır».


İndi isə qadını ərinə qaytar, çünki o, peyğəmbərdir. Sənin üçün dua edər, salamat qalarsan. Ancaq qadını qaytarmasan, özün və bütün nəslin hökmən öləcək».


O zaman Avimelek və onun ordu başçısı Pikol İbrahimə dedilər: «Sən nə etsən, Allah səninlədir.


Xetlilər İbrahimə cavab verdilər:


İbrahim qalxıb o ölkənin xalqı olan Xetlilərə təzim etdi.


Qız dedi: «Ağam, buyur iç». Qız tez səhəngini əli üstünə endirdi və ona su verdi.


Rəbb ağama çoxlu xeyir-dua verdi: onu varlandırdı, ona qoyun-keçi, mal-qara, qızıl-gümüş, qullar, qarabaşlar, dəvələr və eşşəklər verdi.


Rəhilə atasına dedi: «Hüzurunda qalxa bilmədiyim üçün ağam qəzəblənməsin, çünki qadın adətinə mübtəlayam». Lavan axtardı, ancaq ev bütlərini tapmadı.


ona söylə: “Bunlar qulun Yaqubundur, bu da ağam Esava göndərilmiş hədiyyələrdir. Özü də bizim dalımızca gəlir”».


Qardaşları ona dedilər: «Xeyr, ey ağamız, qulların yalnız ərzaq almaq üçün gəliblər.


Bu kasa ağamın içdiyi və onunla baxıcılıq etdiyi kasa deyilmi? Siz çox pis iş tutdunuz”».


Biz çuvalımızın içində tapdığımız pulu Kənan torpağından sənə geri qaytardıq. Ağanın evindən necə qızıl yaxud gümüş oğurlaya bilərik?


Harun cavab verdi: «Qoy ağam qəzəblənməsin. Sən bu xalqı tanıyırsan. Onun niyyəti pisdir.


Rəbb belə deyir: «Misirlilərin var-dövləti, Kuşun ticarət gəliri, Ucaboylu Sevalılar yanınıza gəlib qulunuz olacaq. Onlar buxovlanacaq və ardınızca gedəcək, Qarşınızda yerə sərilib yalvaracaq: “Allah yalnız sizinlədir və başqa birisi yoxdur. Bundan savayı Allah yoxdur”».


Rut dedi: «Qoy sənin gözündə lütf tapım, ağam, necə də mənə təsəlli verdin. Sənin kənizlərinə tay olmadığım halda bu kənizini ürəkləndirən sözlər söylədin».


Bizi izlə:

Reklamlar


Reklamlar