Biblia Todo Logo
Onlayn İncil

- Reklamlar -




Yaradılış 2:3 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

3 Allah yeddinci günə bərəkət verdi və onu təqdis etdi, çünki gördüyü bütün yaratma işini qurtarıb həmin gün istirahət etdi.

Fəsildə baxın Kopyalayın

Azərbaycan Bibliyası 2008

3 Allah yeddinci günə bərəkət verdi və onu təqdis etdi, çünki gördüyü bütün yaratma işini qurtarıb həmin gün istirahət etdi.

Fəsildə baxın Kopyalayın

МУГӘДДӘС КИТАБ

3 Аллаһ једдинҹи ҝүнә бәрәкәт верди вә ону тәгдис етди, чүнки ҝөрдүјү бүтүн јаратма ишини гуртарыб һәмин ҝүн истираһәт етди.

Fəsildə baxın Kopyalayın




Yaradılış 2:3
22 Çarpaz İstinadlar  

Allah gördü ki, yaratdığı hər şey çox yaxşıdır. Axşam oldu, səhər açıldı; bu, altıncı gün idi.


Allah yeddinci günə qədər gördüyü işləri qurtardı və yeddinci gün gördüyü işlərdən ayrılıb istirahət etdi.


Rəbb Allahın göyləri və yeri yaratmasının hekayəti belədir: Rəbb Allah göyləri və yeri yaradanda


Sən müqəddəs Şənbə gününü onlara bildirdin və qulun Musa vasitəsilə əmrləri, qaydaları və qanunu buyurdun.


Altı gün işlərinizi görün, yeddinci gün isə istirahət edin ki, mal-qaranız və eşşəyiniz rahatlansın, evinizdə doğulan qullar və qəriblər də dincəlsin.


Altı gün işlərinizi görün, yeddinci gün isə istirahət edin. Şum və biçin vaxtı da belə istirahət edin.


Rəbbin xeyir-duası insana sərvət gətirər, Daha ona qüssə verməz.


Onlara Öz Şənbə günlərimi də verdim ki, Mənimlə onların arasında əlamət olsun və onları təqdis edənin Mən Rəbb olduğunu bilsinlər.


Altı gün işinizi görün, yeddinci gün isə Şənbə istirahət və müqəddəs toplantı günüdür. Qoy Rəbbin bu Şənbə günü yaşadığınız bütün yerlərdə heç bir iş görülməsin.


Sonra İsa onlara dedi: «İnsan Şənbə günü üçün deyil, Şənbə günü insan üçün yaradılıb.


Onlar evlərinə qayıdıb ətirli maddələr və qiymətli yağlar hazırladılar. Şənbə günü Allahın əmri ilə istirahət etdilər.


Bizi izlə:

Reklamlar


Reklamlar