Biblia Todo Logo
Onlayn İncil

- Reklamlar -




Yaradılış 18:2 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

2 O, başını qaldırıb baxanda qarşısında üç adamın dayandığını gördü. Onları görən kimi çadırın girəcəyindən onları qarşılamağa qaçdı və yerə qədər əyilib dedi:

Fəsildə baxın Kopyalayın

Azərbaycan Bibliyası 2008

2 O, başını qaldırıb baxanda qarşısında üç adamın dayandığını gördü. Onları görən kimi çadırın girəcəyindən onları qarşılamağa qaçdı və yerə qədər əyilib dedi:

Fəsildə baxın Kopyalayın

МУГӘДДӘС КИТАБ

2 О, башыны галдырыб баханда гаршысында үч адамын дајандығыны ҝөрдү. Онлары ҝөрән кими чадырын ҝирәҹәјиндән онлары гаршыламаға гачды вә јерә гәдәр әјилиб деди:

Fəsildə baxın Kopyalayın




Yaradılış 18:2
23 Çarpaz İstinadlar  

İbram üzüstə düşdü. Allah onunla danışıb dedi:


O adamlar qalxıb oradan Sodoma tərəf baxdılar. İbrahim onları yola salmaq üçün onlarla birgə getdi.


O adamlar oradan dönüb Sodoma getdilər, ancaq İbrahim hələ də Rəbbin önündə dururdu.


«Ey ağam, əgər indi gözündə lütf tapdımsa, qulunun yurdundan yan keçmə.


Axşam iki mələk Sodoma gəldi. Lut şəhərin darvazası yanında oturmuşdu. O, mələkləri gördü, qalxıb onları qarşıladı və yerə qədər əyilib dedi:


İbrahim o ölkənin xalqına təzim etdi.


İbrahim qalxıb o ölkənin xalqı olan Xetlilərə təzim etdi.


Axşam düşəndə İshaq bir qədər düşünmək üçün çöllüyə getdi. O, başını qaldırıb baxanda gördü ki, dəvələr gəlir.


Sonra Yaqub tək qaldı. Dan yeri sökülənə qədər bir Şəxs onunla güləşdi.


Yusif ölkənin başçısı idi və ölkənin bütün əhalisinə də taxılı özü satırdı. Yusifin qardaşları gəlib onun önündə üzlərini yerə qoyub səcdə etdilər.


Yusif evə gələndə onlar hədiyyəni otağa gətirib təqdim etdilər, onun önündə yerə qədər əyilib səcdə etdilər.


Onlar dedilər: «Sənin qulun atamız salamatdır, hələ də yaşayır». Onlar Yusifə əyilib səcdə etdilər.


Yəhuda qardaşları ilə birgə Yusifin evinə gəldi. O hələ də orada idi. Onlar Yusifin önündə yerə qapandılar.


Yusif övladlarını atasının dizləri yanından kənara çəkib onun qarşısında üzünü yerə qoyaraq səcdə etdi.


Yerixoda olan peyğəmbərlər onu uzaqdan görüb dedilər: «İlyasın ruhunun gücü Elişanın üstünə qondu». Onlar Elişanı qarşılamağa gələrək önündə yerə qədər təzim etdilər.


Ehtiyac içində olan müqəddəslərə yardım etməyə şərik olun. Qonaqpərvər olmağa səy göstərin.


Qonaqpərvər olmağı da unutmayın, çünki belə davranan bəziləri bilmədən mələklərə qonaqpərvərlik göstərmişlər.


Yeşua Yerixo yaxınlığında olanda başını qaldırıb baxdı və əlində siyrilmiş qılınc olan bir şəxsi qarşısında gördü. Yeşua onun yanına gəlib «Sən bizim tərəfdənsən, yoxsa düşmənlərimiz tərəfdən?» deyə soruşdu.


Şikayət etmədən bir-birinizə qonaqpərvərlik göstərin.


Rəbbin mələyi bu qadına görünüb dedi: «Bax indi sən sonsuzsan, doğmursan, amma hamilə olub bir oğlan doğacaqsan.


Rut üzüstə yerə düşdü və yerədək təzim edərək dedi: «Nəyə görə mən gözlərində lütf tapdım? Nə üçün mənə hörmət edirsən? Axı mən bir qəribəm».


Bizi izlə:

Reklamlar


Reklamlar