Biblia Todo Logo
Onlayn İncil

- Reklamlar -




Yaradılış 18:10 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

10 Onlardan biri dedi: «Gələn il bu vaxt yenə də sənin yanına gələcəyəm. Onda arvadın Saranın bir oğlu olacaq». Sara onun arxasında, çadırın girəcəyində durub qulaq asırdı.

Fəsildə baxın Kopyalayın

Azərbaycan Bibliyası 2008

10 Onlardan biri dedi: «Gələn il bu vaxt yenə də sənin yanına gələcəyəm. Onda arvadın Saranın bir oğlu olacaq». Sara onun arxasında, çadırın girəcəyində durub qulaq asırdı.

Fəsildə baxın Kopyalayın

МУГӘДДӘС КИТАБ

10 Онлардан бири деди: «Ҝәлән ил бу вахт јенә дә сәнин јанына ҝәләҹәјәм. Онда арвадын Саранын бир оғлу олаҹаг». Сара онун архасында, чадырын ҝирәҹәјиндә дуруб гулаг асырды.

Fəsildə baxın Kopyalayın




Yaradılış 18:10
15 Çarpaz İstinadlar  

Rəbbin mələyi sözünə davam etdi: «Sənin nəslini lap çoxaldacağam, çoxluğuna görə sayı-hesabı bilinməyəcək».


Ona xeyir-dua verəcəyəm, ondan sənə bir oğul verəcəyəm. Saraya xeyir-dua verəcəyəm: o, millətlərin anası olacaq və xalqların padşahları ondan doğulacaq».


Allah isə dedi: «Xeyr, arvadın Sara sənə bir oğul doğacaq və adını İshaq qoyacaqsan. Onunla və ondan sonrakı nəsli ilə əhdimi əbədi olaraq davam etdirəcəyəm.


Əhdimi isə gələn il bu vaxt Saranın sənə doğacağı İshaqla saxlayacağam».


Sonra İbrahimə dedilər: «Arvadın Sara haradadır?» O dedi: «Burada çadırdadır».


Rəbb dediyi kimi Saraya nəzər saldı və ona söylədiyi sözü yerinə yetirdi:


Sara hamilə oldu və İbrahimin qocalıq çağında – Allahın ona söylədiyi vaxt bir oğul doğdu.


Mələk isə ona dedi: «Qorxma, Zəkəriyyə! Sənin duan eşidildi. Arvadın Elizavet sənə bir oğul doğacaq. Sən də onun adını Yəhya qoy.


Cariyədən doğulan bəşəri arzusundan, azad qadından doğulan isə vədə görə doğulmuşdu.


Sizsə, qardaşlar, İshaq kimi vədə görə doğulan övladlarsınız.


Bizi izlə:

Reklamlar


Reklamlar