Biblia Todo Logo
Onlayn İncil

- Reklamlar -




Yaradılış 17:16 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

16 Ona xeyir-dua verəcəyəm, ondan sənə bir oğul verəcəyəm. Saraya xeyir-dua verəcəyəm: o, millətlərin anası olacaq və xalqların padşahları ondan doğulacaq».

Fəsildə baxın Kopyalayın

Azərbaycan Bibliyası 2008

16 Ona xeyir-dua verəcəyəm, ondan sənə bir oğul verəcəyəm. Saraya xeyir-dua verəcəyəm: o, millətlərin anası olacaq və xalqların padşahları ondan doğulacaq».

Fəsildə baxın Kopyalayın

МУГӘДДӘС КИТАБ

16 Она хејир-дуа верәҹәјәм, ондан сәнә бир оғул верәҹәјәм. Сараја хејир-дуа верәҹәјәм: о, милләтләрин анасы олаҹаг вә халгларын падшаһлары ондан доғулаҹаг».

Fəsildə baxın Kopyalayın




Yaradılış 17:16
17 Çarpaz İstinadlar  

Allah onlara xeyir-dua verərək dedi: «Törəyib çoxalın və yer üzünü bürüyüb ona sahib olun: dənizdəki heyvanlar, göydəki quşlar, yerdə sürünən bütün canlılar üzərində hökmranlıq edin».


Səndən böyük bir millət törədəcəyəm, sənə xeyir-dua verəcəyəm, adını ucaldacağam və bərəkət qaynağı olacaqsan.


Ona Rəbbin bu sözü nazil oldu: «O sənin varisin olmayacaq, öz belindən gələn övladın sənin varisin olacaq».


Allah yenə İbrahimə dedi: «Arvadın Saraya isə artıq Saray demə. Bundan sonra onun adı Sara olacaq.


Allah isə dedi: «Xeyr, arvadın Sara sənə bir oğul doğacaq və adını İshaq qoyacaqsan. Onunla və ondan sonrakı nəsli ilə əhdimi əbədi olaraq davam etdirəcəyəm.


Nəslini lap çoxaldacağam, səndən millətlər törədəcəyəm və nəslindən padşahlar çıxacaq.


Rəbb dediyi kimi Saraya nəzər saldı və ona söylədiyi sözü yerinə yetirdi:


Rivqaya xeyir-dua verib dedilər: «Ey bacımız, Minlərlə, on minlərlə övlada ana olasan! Qoy nəslin yağıların yurduna sahib olsun!»


Rəbb ona dedi: «Sənin bətnində iki millət var, Sənin qarnından iki xalq çıxacaq. Bir xalq o biri xalqdan güclü olacaq, Böyüyü kiçiyinə qulluq edəcək».


və ona dedi: «Külli-İxtiyar Allah-Mənəm. Qoy nəslin artıb çoxalsın. Səndən bir millət və çoxlu millət törəyəcək, sənin nəslindən çoxlu padşahlar çıxacaq.


İsraillilərə bir kəs padşahlıq etməzdən əvvəl Edom ölkəsində padşahlıq edən adamlar bunlardır:


Padşahlar sənə atalıq, Mələkələr sənə analıq edəcək. Üzüstə yerə sərilib sənə səcdə edəcəklər, Ayaqlarının tozunu yalayacaqlar. Onda biləcəksən ki, Mən Rəbbəm, Mənə güvənənlər utanmayacaq».


Çünki belə vəd verilmişdi: «Gələn il bu vaxt gələcəyəm və Saranın bir oğlu olacaq».


Cariyədən doğulan bəşəri arzusundan, azad qadından doğulan isə vədə görə doğulmuşdu.


Məsələn, Sara İbrahimi «ağam» deyə çağıraraq ona itaət edirdi. Siz də yaxşılıq edib heç bir qorxuya qapılmasanız, Saranın övladları olursunuz.


Bizi izlə:

Reklamlar


Reklamlar