Biblia Todo Logo
Onlayn İncil

- Reklamlar -




Yaradılış 13:9 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

9 Bütün torpaqlar gözünün önündə deyilmi? Gəl ayrılaq. Əgər sən sola getsən, mən sağa gedəcəyəm, sən sağa getsən, mən sola gedəcəyəm».

Fəsildə baxın Kopyalayın

Azərbaycan Bibliyası 2008

9 Bütün torpaqlar gözünün önündə deyilmi? Gəl ayrılaq. Əgər sən sola getsən, mən sağa gedəcəyəm, sən sağa getsən, mən sola gedəcəyəm».

Fəsildə baxın Kopyalayın

МУГӘДДӘС КИТАБ

9 Бүтүн торпаглар ҝөэүнүн өнүндә дејилми? Ҝәл ајрылаг. Әҝәр сән сола ҝетсән, мән саға ҝедәҹәјәм, сән саға ҝетсән, мән сола ҝедәҹәјәм».

Fəsildə baxın Kopyalayın




Yaradılış 13:9
11 Çarpaz İstinadlar  

Lut başını qaldırıb İordan çayının kənarındakı düzənliyi gördü. O vaxt bu yer Misir torpağı kimi bütünlüklə Soara qədər suvarılırdı və Rəbbin bağı kimi idi. Rəbb hələ Sodom və Homorranı məhv etməmişdi.


İbram Luta dedi: «Qoy mənimlə sənin və çobanlarımla çobanların arasında mübahisə olmasın, çünki biz qohumuq.


Avimelek dedi: «Mənim ölkəm sənin önündədir: istədiyin yerdə yaşaya bilərsən».


Bizimlə qalın, ölkə də sizin ixtiyarınızdadır: burada yaşayın, ticarət edin və mülk sahibi olun».


İndi səni əlinə vurulan zəncirlərdən azad edirəm. Əgər mənimlə birgə Babilə getmək istəyirsənsə, gəl gedək, sənin qayğına qalaram. Ancaq mənimlə birgə Babilə getmək istəmirsənsə, getmə. Bax bütün ölkə sənin qarşındadır, hara getmək sənin üçün yaxşı və düzgündürsə, ora da get».


İmkan daxilində bacardıqca bütün adamlarla sülh içində yaşayın.


Əslində bir-birinizi məhkəməyə çəkməyiniz sizin üçün artıq tam məğlubiyyətdir. Əvəzində haqsızlığa qatlaşmaq daha yaxşı deyilmi? Aldanıb, dözmək daha yaxşı deyilmi?


Hamı ilə birlikdə sülh içində yaşamağa və müqəddəs olmağa can atın, çünki müqəddəsliyə nail olmadan heç kim Rəbbi görməyəcək.


Bizi izlə:

Reklamlar


Reklamlar