Biblia Todo Logo
Onlayn İncil

- Reklamlar -




Yaradılış 13:8 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

8 İbram Luta dedi: «Qoy mənimlə sənin və çobanlarımla çobanların arasında mübahisə olmasın, çünki biz qohumuq.

Fəsildə baxın Kopyalayın

Azərbaycan Bibliyası 2008

8 İbram Luta dedi: «Qoy mənimlə sənin və çobanlarımla çobanların arasında mübahisə olmasın, çünki biz qohumuq.

Fəsildə baxın Kopyalayın

МУГӘДДӘС КИТАБ

8 Ибрам Лута деди: «Гој мәнимлә сәнин вә чобанларымла чобанларын арасында мүбаһисә олмасын, чүнки биэ гоһумуг.

Fəsildə baxın Kopyalayın




Yaradılış 13:8
30 Çarpaz İstinadlar  

Bütün torpaqlar gözünün önündə deyilmi? Gəl ayrılaq. Əgər sən sola getsən, mən sağa gedəcəyəm, sən sağa getsən, mən sola gedəcəyəm».


İbram qohumu Lutun əsir alındığını eşidəndə evində doğulmuş, döyüş təlimi keçmiş üç yüz on səkkiz nökərini götürüb düşmənləri Dana qədər təqib etdi.


O, qardaşlarını yola saldı və onlar getdilər. Yusif onlara dedi: «Yolda dava etməyin».


deyin: “Atalarımız kimi biz də uşaqlıqdan bəri heyvandarlıqla məşğuluq”. Belə deyin ki, qoy sizi Qoşen vilayətində yerləşdirsin, çünki Misirlilər çobanlardan iyrənirlər».


Ertəsi gün o yenə gedəndə gördü ki, iki İbrani bir-biri ilə dalaşır. Musa haqsız olana dedi: «Yoldaşını niyə vurursan?»


Həlim cavab hirsi yatırar, Sərt söz qəzəbi alovlandırar.


Kəmhövsələ dava yaradar, Səbirli münaqişəni sovuşdurar.


Münaqişədən çəkinmək insana şərəf gətirər, Hər səfeh davaya girişər.


Nə bəxtiyardır sülhyaradanlar! Çünki onlar Allahın övladları adlanacaq.


Ertəsi gün Musa dalaşan iki İsraillini görəndə onları barışdırmaq istədi və dedi: “Ay kişilər, siz soydaşsınız, niyə bir-birinizə zərər vurursunuz?”


Qardaşlıq sevgisi ilə bir-birinizi sevin. Hörmət göstərməkdə bir-birinizi qabaqlayın.


Hər şeyi şikayətlənmədən, mübahisə etmədən yerinə yetirin ki,


Qardaşlıq sevgisinə gəlincə, sizə yazmağa ehtiyac yoxdur, çünki Allah bir-birinizi sevməyi öyrədib.


Hamı ilə birlikdə sülh içində yaşamağa və müqəddəs olmağa can atın, çünki müqəddəsliyə nail olmadan heç kim Rəbbi görməyəcək.


Aranızda daimi qardaşlıq sevgisi olsun.


Həqiqətə itaət edərək ürəklərinizi saflaşdırıb riyasız qardaşlıq məhəbbətinə sahib oldunuz. Buna görə bir-birinizi var gücünüzlə səmimi qəlbdən sevin.


Hamıya hörmət edin. İmanlı bacı-qardaşları sevin, Allahdan qorxun, padşaha hörmət edin.


Nəhayət, hamınız həmfikir olun. Başqalarının hər bir hissinə şərik olun, bir-birinizi qardaşlıq məhəbbəti ilə sevin, rəhmli və itaətkar olun.


Hər şeydən əvvəl, bir-birinizi can-dildən sevin, çünki «məhəbbət çox günahı örtər».


möminliyinizə qardaşlıq sevgisi və qardaşlıq sevgisinə məhəbbət əlavə edin.


Ey sevimlilər, bir-birimizi sevək, çünki məhəbbət Allahdandır. Sevən hər kəs də Allahdan doğulub və Allahı tanıyır.


Evedin oğlu Qaal və qardaşları gəlib Şekemdə məskunlaşdılar. Şekem əhalisi də ona etimad göstərdi.


Bizi izlə:

Reklamlar


Reklamlar