Biblia Todo Logo
Onlayn İncil

- Reklamlar -




Yaradılış 13:2 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

2 İbram çox varlandı: onun çoxlu sürüsü və qızıl-gümüşü oldu.

Fəsildə baxın Kopyalayın

Azərbaycan Bibliyası 2008

2 İbram çox varlandı: onun çoxlu sürüsü və qızıl-gümüşü oldu.

Fəsildə baxın Kopyalayın

МУГӘДДӘС КИТАБ

2 Ибрам чох варланды: онун чохлу сүрүсү вә гыэыл-ҝүмүшү олду.

Fəsildə baxın Kopyalayın




Yaradılış 13:2
17 Çarpaz İstinadlar  

Onun xatirinə firon İbramla da yaxşı rəftar etdi: İbram qoyun-keçi, mal-qara, erkək və dişi eşşəklər, qullar, qarabaşlar və dəvələr sahibi oldu.


Birlikdə yaşamaq üçün yer onlara darlıq edirdi, çünki onların malı çox idi və birgə qala bilməzdilər.


İbrahim qocalıb yaşa dolmuşdu. Rəbb hər şeydə ona xeyir-dua vermişdi.


Rəbb ağama çoxlu xeyir-dua verdi: onu varlandırdı, ona qoyun-keçi, mal-qara, qızıl-gümüş, qullar, qarabaşlar, dəvələr və eşşəklər verdi.


Onun çoxlu qoyun-keçisi, mal-qarası və xidmətçiləri olduğuna görə Filiştlilər ona paxıllıq etməyə başladı.


Bu adam çox varlandı: onun çoxlu sürüsü, qarabaşı, qulu, dəvəsi və eşşəyi oldu.


Canına, evinə, var-dövlətinə sipər olub onu qoruyan Sən deyilsənmi? Əlinin bütün əməyinə bərəkət vermisən, sürüləri bütün ölkəni bürüyüb.


O, yeddi min baş qoyuna, üç min baş dəvəyə, beş yüz cüt öküzə, beş yüz baş eşşəyə və çoxlu nökərlərə sahib olub şərqdə yaşayanlar arasında ən varlı adam sayılırdı.


Rəbbin xeyir-duası insana sərvət gətirər, Daha ona qüssə verməz.


Ona görə də siz əvvəlcə Allahın Padşahlığını və Onun salehliyini axtarın. Onda bunların hamısı sizə əlavə olaraq veriləcək.


Unutmayın ki, bu sərvəti qazanmaq qabiliyyətini sizə verən Allahınız Rəbdir. O bunu edir ki, bugünkü kimi atalarınıza vəd verərək sizinlə kəsdiyi əhdi yerinə yetirsin.


Bədən məşqinin az faydası olur, möminlik isə hər şey üçün faydalıdır, çünki bunda indi və gələcək üçün həyat vədi var.


Rəbb yoxsulluq və var-dövlət göndərir, Alçaldır və yüksəldir.


Bizi izlə:

Reklamlar


Reklamlar