Biblia Todo Logo
Onlayn İncil

- Reklamlar -




Yaradılış 13:11 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

11 Lut özünə İordan çayının kənarındakı düzənliyi seçdi. O, şərqə tərəf hərəkət etdi. Beləcə onlar bir-birindən ayrıldı.

Fəsildə baxın Kopyalayın

Azərbaycan Bibliyası 2008

11 Lut özünə İordan çayının kənarındakı düzənliyi seçdi. O, şərqə tərəf hərəkət etdi. Beləcə onlar bir-birindən ayrıldı.

Fəsildə baxın Kopyalayın

МУГӘДДӘС КИТАБ

11 Лут өэүнә Иордан чајынын кәнарындакы дүэәнлији сечди. О, шәргә тәрәф һәрәкәт етди. Беләҹә онлар бир-бириндән ајрылды.

Fəsildə baxın Kopyalayın




Yaradılış 13:11
11 Çarpaz İstinadlar  

Lut başını qaldırıb İordan çayının kənarındakı düzənliyi gördü. O vaxt bu yer Misir torpağı kimi bütünlüklə Soara qədər suvarılırdı və Rəbbin bağı kimi idi. Rəbb hələ Sodom və Homorranı məhv etməmişdi.


İbram Kənan torpağında qaldı, Lut isə düzənlikdəki şəhərlərdə yaşamağa başladı və Sodoma qədər öz çadırlarını qurdu.


Lut İbramdan ayrıldıqdan sonra Rəbb İbrama dedi: «Başını qaldırıb dayandığın yerdən şimala, cənuba, şərqə və qərbə tərəf bax.


Bütün torpaqlar gözünün önündə deyilmi? Gəl ayrılaq. Əgər sən sola getsən, mən sağa gedəcəyəm, sən sağa getsən, mən sola gedəcəyəm».


Onları çıxaran zaman mələklərdən biri dedi: «Öz canını qurtar, arxana baxma. Bu düzənliyin heç yerində qalma, dağa qalx, yoxsa həlak olarsan».


Həm öz dostunu, həm də atanın dostunu tərk etmə, Dara düşəndə qardaşının evinə getmə. Yaxın qonşu uzaq qohumdan yaxşıdır.


Şərqdə sərhədi Xavranla Dəməşq arasından başlayıb Gileadı İsraildən ayıran İordan çayı boyunca Şərq dənizinə qədər ölçün. Şərq sərhədi belədir.


Bəzi adamların vərdiş etdiyi kimi birgə yığışmağımızı tərk etməyək. Lakin qiyamət gününün yaxınlaşdığını gördükcə bir-birimizi daha çox ruhlandıraq.


Hamıya hörmət edin. İmanlı bacı-qardaşları sevin, Allahdan qorxun, padşaha hörmət edin.


Bizi izlə:

Reklamlar


Reklamlar