Biblia Todo Logo
Onlayn İncil

- Reklamlar -




Yaradılış 12:1 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

1 Rəbb İbrama dedi: «Öz torpağından, qohumlarının arasından, ata evindən çıx, sənə göstərəcəyim torpağa get.

Fəsildə baxın Kopyalayın

Azərbaycan Bibliyası 2008

1 Rəbb İbrama dedi: «Öz torpağından, qohumlarının arasından, ata evindən çıx, sənə göstərəcəyim torpağa get.

Fəsildə baxın Kopyalayın

МУГӘДДӘС КИТАБ

1 Рәбб Ибрама деди: «Өэ торпағындан, гоһумларынын арасындан, ата евиндән чых, сәнә ҝөстәрәҹәјим торпаға ҝет.

Fəsildə baxın Kopyalayın




Yaradılış 12:1
20 Çarpaz İstinadlar  

Rəbb İbrama dedi: «Bu torpağı sənə irs olaraq vermək üçün səni Xaldeylilərin Ur şəhərindən çıxaran Mən Rəbbəm».


Allah məni ata evimdən qürbətə apardığı vaxt ona dedim: “Mənə bu cür yaxşılıq elə: gedəcəyimiz hər yerdə mənim barəmdə ‹bu mənim qardaşımdır› söylə”».


ancaq atamın evinə – qohumlarımın yanına gedib oradan oğluma bir arvad al”.


ancaq mənim ölkəmə, qohumlarımın yanına gedib oğlum İshaq üçün arvad alacaqsan».


Məni atamın evindən və doğulduğum torpaqdan çıxaran, mənimlə danışan və and içərək “bu torpağı sənin nəslinə verəcəyəm” deyən göylərin Allahı Rəbb Öz mələyini sənin önündə göndərəcək və sən oradan oğluma arvad alıb gətirəcəksən.


Rəbb ona görünüb dedi: «Misirə getmə, sənə söylədiyim ölkədə məskən sal,


Ya Rəbb, Sən o Allahsan ki, İbramı seçib Xaldeylilərin Ur şəhərindən çıxararaq ona İbrahim adını verdin.


Atalarımın məhv etdikləri millətlərin – Qozanın, Xaranın, Resefin və Telassarda olan Edenlilərin allahları onları qurtardılarmı?


Səni dünyanın ucqar yerlərindən topladım, Ən uzaq yerlərdən səslədim: «Sən qulumsan, səni seçdim, rədd etmədim» dedim.


Atanız İbrahimə, sizi doğan Saraya baxın! Mən onu tək çağırdım, xeyir-dua verdim, Nəslini artırdım.


«Ey bəşər oğlu, İsrailin xaraba qalmış şəhərlərində yaşayanlar belə söyləyir: “İbrahim yalqız olduğu halda ölkəni mülk aldı. Biz isə çoxuq, ona görə də ölkə mülk olaraq bizə verilmişdir”.


Xovav ona dedi: «Gedə bilmərəm. Mən öz torpağıma və qohum-əqrəbamın yanına gedəcəyəm».


Ona görə «aralarından çıxıb ayrılın» Rəbb belə deyir, «Murdar şeylərə toxunmayın»; «Mən də sizi qəbul edəcəyəm».


İbrahim çağırılanda iman vasitəsilə itaətli olub irs alacağı torpağa getdi. O hara getdiyini bilməyərək yola çıxdı.


Mən göydən belə deyən başqa bir səs də eşitdim: «Ey Mənim xalqım, oradan çıxın ki, Onun günahlarına şərik olmayasınız, Onun uğrayacağı bəlalara düçar olmayasınız.


Bizi izlə:

Reklamlar


Reklamlar