Biblia Todo Logo
Onlayn İncil

- Reklamlar -




Yaradılış 1:21 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

21 Allah nəhəng su əjdahalarını və suda qaynaşan hər növ bütün sürünən canlı məxluqları, həmçinin hər növ bütün qanadlı quşları yaratdı. Allah gördü ki, bu, yaxşıdır.

Fəsildə baxın Kopyalayın

Azərbaycan Bibliyası 2008

21 Allah nəhəng su əjdahalarını və suda qaynaşan hər növ bütün sürünən canlı məxluqları, həmçinin hər növ bütün qanadlı quşları yaratdı. Allah gördü ki, bu, yaxşıdır.

Fəsildə baxın Kopyalayın

МУГӘДДӘС КИТАБ

21 Аллаһ нәһәнҝ су әждаһаларыны вә суда гајнашан һәр нөв бүтүн сүрүнән ҹанлы мәхлуглары, һәмчинин һәр нөв бүтүн ганадлы гушлары јаратды. Аллаһ ҝөрдү ки, бу, јахшыдыр.

Fəsildə baxın Kopyalayın




Yaradılış 1:21
23 Çarpaz İstinadlar  

gündüzü və gecəni idarə etsin, işığı qaranlıqdan ayırsın. Allah gördü ki, bu, yaxşıdır.


Sonra Allah dedi: «Qoy sular çoxlu canlı məxluqlarla qaynaşsın, yer üstündəki göy qübbəsində quşlar uçsun».


Allah onlara bərəkət verərək dedi: «Törəyib çoxalın və dənizlərdəki suları doldurun, quşlar da yer üzündə çoxalsın».


Allah hər növ çöl heyvanlarını, hər növ ev heyvanlarını və yerdə sürünən bütün canlıları yaratdı. Allah gördü ki, bu, yaxşıdır.


Allah gördü ki, yaratdığı hər şey çox yaxşıdır. Axşam oldu, səhər açıldı; bu, altıncı gün idi.


Rəbb Allah bütün çöl heyvanlarını və göydəki bütün quşları torpaqdan düzəltdi. Sonra onları insanın yanına gətirdi ki, onun bunları necə adlandıracağını görsün. İnsan hər heyvana hansı adı qoydusa, o cür də adlandı.


Növlərinə görə quşların, heyvanların və yerdə sürünənlərin hər birindən bir cütü sənin yanına gələcək ki, sağ qalsın.


Onlarla birgə hər növ çöl heyvanı, hər növ ev heyvanı, hər növ yerdə sürünən, hər növ göydə uçan canlı və hər cür quş gəmiyə girdi:


Səninlə birgə olan bütün canlıları – quşları, heyvanları və yerdə sürünənləri bayıra çıxart. Qoy yer üzünə yayılsınlar və yer üzündə törəyib çoxalsınlar».


Bütün heyvanlar, sürünənlər, quşlar və yerdə sürünən bütün canlılar dəstə-dəstə gəmini tərk etdilər.


Qurudakı bütün heyvanlar, göydəki bütün quşlar, yerdə sürünən bütün canlılar və dənizdə olan bütün balıqlar sizdən qorxub dəhşətə gələcək. Onlar sizin ixtiyarınıza verilib.


Siz törəyib çoxalın, Yer üzünə yayılın, Orada çoxalın».


Gəl heyvanlardan soruş, qoy sənə bildirsin, Qoy göydəki quşlar sənə desin,


Ölülər titrəyir, Su altında məskən salanlar lərzəyə gəlir.


Dənizəmmi, dəniz əjdahasıyammı? Niyə üzərimdə nəzarətçi qoyursan?


Amma İsrail övladları çoxalıb böyüdülər, sayları artdı və onlar çox qüvvətləndi; ölkə onlarla doldu.


Çay qurbağalarla qaynaşacaq və oradan çıxıb sənin sarayında, yataq otağında, yatağının üstündə gəzəcəklər, əyanlarının, xalqının evlərinə, təndirlərinə və xəmir tabaqlarına girəcəklər.


«Ey bəşər oğlu, Misir padşahı firon üçün mərsiyə oxuyub ona söylə: “Millətlər içində özünü cavan bir aslana bənzətdin, Amma sən bir dəniz əjdahası kimisən. Çayları qarışdırırsan, Ayaqlarınla suları çalxalayıb Çayları bulandırırsan”.


Yunusu udmaq üçün Rəbb böyük bir balıq yetirdi və Yunus üç gün-üç gecə balığın qarnında qaldı.


Rəbb balığa əmr etdi və balıq Yunusu ağzından quruya qaytardı.


Çünki Yunus üç gün-üç gecə nəhəng balığın qarnında necə qalmışdısa, Bəşər Oğlu da üç gün-üç gecə yerin bağrında elə qalacaq.


Bizi izlə:

Reklamlar


Reklamlar