Biblia Todo Logo
Onlayn İncil

- Reklamlar -




YAQUB 1:14 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

14 Lakin hər kəs öz ehtirası ilə aparılıb yoldan çıxarılaraq sınağa çəkilir.

Fəsildə baxın Kopyalayın

Azərbaycan Bibliyası 2008

14 Lakin hər kəs öz ehtirası ilə aparılıb yoldan çıxarılaraq sınağa çəkilir.

Fəsildə baxın Kopyalayın

ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

14 Lakin hər kəs öz ehtirası ilə aparılıb yoldan çıxarılaraq sınağa çəkilir.

Fəsildə baxın Kopyalayın

МУГӘДДӘС КИТАБ

14 Лакин һәр кәс өэ еһтирасы илә апарылыб јолдан чыхарылараг сынаға чәкилир.

Fəsildə baxın Kopyalayın




YAQUB 1:14
24 Çarpaz İstinadlar  

Qadın gördü ki, ağacın meyvəsi yemək üçün yaxşıdır, gözə xoş görünür və bu ağac insana dərrakə verməyi vəd edir. Buna görə də o həmin meyvədən dərib yedi. Sonra yanında olan ərinə də verdi, o da yedi.


Rəbb gördü ki, yer üzündəki insanların şər əməlləri çoxdur və hər zaman onların ürəyindəki fikirlər və niyyətlər pisliyə doğru yönəlir.


Bundan Rəbbə xoş ətir qalxdı və Rəbb ürəyində dedi: «Cavanlığından bəri insan ürəyinin fikirlərinin həmişə pis olmasına baxmayaraq, insanlara görə bir daha yer üzünü lənətləməyəcəyəm. İndi elədiyim kimi bütün canlıları bir daha məhv etməyəcəyəm.


Davud qasidlər göndərib onu yanına gətirtdi. Qadın onun yanına gələndə hələ aybaşı murdarlığından təmizlənməkdə idi. Davud onunla yatdı və sonra qadın evinə qayıtdı.


Könlümün meylini gizlicə azdırıb, Sitayiş etmək üçün əlimlə onlara Öpüş yollamışamsa,


Əgər qəlbim başqa bir qadına meyl edibsə, Qonşumun qapısını pusmuşamsa,


Hər şeydən əvvəl öz ürəyini qoru, Çünki həyat çeşməsi odur.


Bu, kül yemək kimi boş işdir, Aldanmış ürəkləri onları yoldan azdırır, Canlarını qurtara bilmir və sağ əlimdəki əşya aldadıcı deyilmi?»


Ey İsrail, Mənə – Köməkçinə qarşı çıxmağın Səni ölümə aparır.


Ağızdan çıxan şeylərsə ürəkdən çıxar, bunlar da insanı murdar edər.


İnsanı murdar edən şeylər bunlardır. Yuyulmamış əllərlə yemək isə insanı murdar etməz».


Bundan sonra İsa iblis tərəfindən sınağa çəkilmək üçün Ruh tərəfindən səhraya aparıldı.


Mənsə sizə deyirəm ki, qadına şəhvətlə baxan hər adam artıq ürəyində onunla zina etmiş olur.


Çünki günah o əmrin vasitəsilə fürsət tapıb məni azdırdı və onunla məni öldürdü.


Belə çıxır ki, yaxşı olan bir şey mənə ölüm gətirdi? Əsla! Məhz günah, günah olduğu aşkar olsun deyə yaxşı olan bir şeyin vasitəsilə mənə ölüm gətirirdi; belə ki günah əmrin vasitəsilə hədsiz günahlı olduğunu göstərsin.


Bu təlimə görə əvvəlki həyat tərzinizə məxsus olub aldadıcı ehtiraslarla pozulmaqda olan köhnə mənliyi kənara atın,


Amma «bu gün» adlanan hər gün bir-birinizi ürəkləndirin ki, heç biriniz günahın aldadıcılığı ilə inadkar olmasın.


Sınağa düşəndə qoy heç kim «Allah məni sınağa çəkir» deməsin. Çünki Allah pisliklə sınağa çəkilmir və Özü də heç kimi sınağa çəkmir.


Sonra ehtiras boylu qalıb günah doğurur. Günah da yetişəndə ölüm törədir.


Bizi izlə:

Reklamlar


Reklamlar