Biblia Todo Logo
Onlayn İncil

- Reklamlar -




VƏHY 3:9 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

9 İndi isə Şeytan yığıncağından olub Yəhudi olmadıqları halda özlərini Yəhudi adlandıran yalançıları məcbur edəcəyəm ki, gəlib sənin ayaqlarına düşsünlər və Mənim səni sevdiyimi bilsinlər.

Fəsildə baxın Kopyalayın

Azərbaycan Bibliyası 2008

9 İndi isə Şeytan yığıncağından olub Yəhudi olmadıqları halda özlərini Yəhudi adlandıran yalançıları məcbur edəcəyəm ki, gəlib sənin ayaqlarına düşsünlər və Mənim səni sevdiyimi bilsinlər.

Fəsildə baxın Kopyalayın

ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

9 İndi isə Şeytan yığıncağından olub Yəhudi olmadıqları halda özlərini Yəhudi adlandıran yalançıları məcbur edəcəyəm ki, gəlib sənin ayaqlarına düşsünlər və Mənim səni sevdiyimi bilsinlər.

Fəsildə baxın Kopyalayın

МУГӘДДӘС КИТАБ

9 Инди исә Шејтан јығынҹағындан олуб Јәһуди олмадыглары һалда өэләрини Јәһуди адландыран јаланчылары мәҹбур едәҹәјәм ки, ҝәлиб сәнин ајагларына дүшсүнләр вә Мәним сәни севдијими билсинләр.

Fəsildə baxın Kopyalayın




VƏHY 3:9
13 Çarpaz İstinadlar  

Padşahın əmri və fərmanı hansı vilayətə, hansı şəhərə çatırdısa, orada Yəhudilər üçün sevinc, fərəh, ziyafət və şənlik günü olurdu. Ölkənin xalqları arasından bir çoxu Yəhudilərdən qorxduqları üçün Yəhudi oldu.


Sonra bütün bu qulların yanıma gələcək və mənə təzim edib deyəcəklər: “Sən və ardınca gələn bütün xalq buradan çıxın!” Bundan sonra mən çıxacağam». Sonra Musa qızğın qəzəblə fironun yanından çıxdı.


Sən nəzərimdə qiymətli, çox əziz olduğuna görə Səni sevdiyim üçün, Sənin əvəzinə adamları, həyatın üçün ümmətləri verəcəyəm.


Rəbb belə deyir: «Misirlilərin var-dövləti, Kuşun ticarət gəliri, Ucaboylu Sevalılar yanınıza gəlib qulunuz olacaq. Onlar buxovlanacaq və ardınızca gedəcək, Qarşınızda yerə sərilib yalvaracaq: “Allah yalnız sizinlədir və başqa birisi yoxdur. Bundan savayı Allah yoxdur”».


Padşahlar sənə atalıq, Mələkələr sənə analıq edəcək. Üzüstə yerə sərilib sənə səcdə edəcəklər, Ayaqlarının tozunu yalayacaqlar. Onda biləcəksən ki, Mən Rəbbəm, Mənə güvənənlər utanmayacaq».


Sənə zülm edənlərin övladları Gəlib önündə təzim edəcək. Sənə həqarətlə baxanların hamısı Ayaqlarına düşüb səcdə edəcək. Sənə Rəbbin şəhəri, İsrailin Müqəddəsinin Sionu deyəcəklər.


Mən onlarda, Sən də Məndə olmaqla bütünlüklə bir olsunlar ki, dünya Sənin Məni göndərdiyini, Məni sevdiyin kimi onları da sevdiyini bilsin.


sənin əziyyətindən və yoxsulluğundan xəbərdaram, amma sən zənginsən. Yəhudi olduqlarını iddia edənlərin küfründən də xəbərdaram, amma onlar Yəhudi deyil, Şeytan yığıncağıdır.


Ailəndən sağ qalan hər kəs bir az gümüş pul və bir parça çörək üçün gəlib onun qarşısında əyiləcək, ‹nə olar, bir parça çörək üçün mənə hər hansı bir kahinlik işi ver› deyərək yalvaracaq”».


Bizi izlə:

Reklamlar


Reklamlar