Biblia Todo Logo
Onlayn İncil

- Reklamlar -




VƏHY 3:3 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

3 Buna görə də nə aldığını və nə eşitdiyini yadına sal. Bunlara riayət et və tövbə elə. Əgər oyaq olmasan, bir oğru kimi gələcəyəm və hansı saat sənin üstünə gələcəyimi də bilməyəcəksən.

Fəsildə baxın Kopyalayın

Azərbaycan Bibliyası 2008

3 Buna görə də nə aldığını və nə eşitdiyini yadına sal. Bunlara riayət et və tövbə elə. Əgər oyaq olmasan, bir oğru kimi gələcəyəm və hansı saat sənin üstünə gələcəyimi də bilməyəcəksən.

Fəsildə baxın Kopyalayın

ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

3 Buna görə də nə aldığını və nə eşitdiyini yadına sal. Bunlara riayət et və tövbə elə. Əgər oyaq olmasan, bir oğru kimi gələcəyəm və hansı saat sənin üstünə gələcəyimi də bilməyəcəksən.

Fəsildə baxın Kopyalayın

МУГӘДДӘС КИТАБ

3 Буна ҝөрә дә нә алдығыны вә нә ешитдијини јадына сал. Бунлара риајәт ет вә төвбә елә. Әҝәр ојаг олмасан, бир оғру кими ҝәләҹәјәм вә һансы саат сәнин үстүнә ҝәләҹәјими дә билмәјәҹәксән.

Fəsildə baxın Kopyalayın




VƏHY 3:3
24 Çarpaz İstinadlar  

Orada əməllərinizi və bütün işlərinizi yada salacaqsınız, bu işlərlə siz özünüzü murdar etdiniz. Etdiyiniz bütün pisliklərə görə öz-özünüzdən iyrənəcəksiniz.


O zaman pis əməllərinizi, xeyirsiz işlərinizi yada salacaqsınız. Təqsirlərinizdən və iyrənc işlərinizdən ötrü özünüzdən iyrənəcəksiniz.


Beləliklə, oyaq olun. Çünki siz nə günü, nə də saatı bilirsiniz.


Ehtiyatlı olun, oyaq olun. Çünki bilmirsiniz ki, o an nə vaxt gələcək.


Qoy o qəfil gəlib sizi yatan görməsin.


Çünki özünüz də çox yaxşı bilirsiniz ki, Rəbbin günü oğru gecə gəldiyi kimi gələcək.


Ey Timotey, sənə verilən əmanəti qoru! Allahsız boşboğazlıqdan və yalan yerə «bilik» adlanan şeyin zidd fikirlərindən uzaq dur.


Məsih İsada olan iman və məhəbbətlə məndən eşitdiyin sağlam sözlərdən nümunə götür.


Buna görə də biz eşitdiklərimizə daha da diqqətli olmalıyıq ki, axın bizi aparmasın.


Bu bədəndə yaşadığım müddətdə xatırlatmaqla sizi oyandırmağı doğru hesab edirəm.


Sevimlilər, indi bu mənim sizə yazdığım ikinci məktubdur. Hər iki məktubumda təmiz düşüncəli olmağınızı xatırladaraq sizi oyaq edirəm.


Rəbbin günü isə oğru kimi gələcək. O gün göylər böyük gurultu ilə aradan qalxacaq. Ünsürlər yanaraq məhv olacaq. Yer üzü və onun üstündə hər şey ifşa olunacaq.


Rəbb deyir: «Budur, oğru kimi gəlirəm; oyaq qalan, çılpaq gəzərək ayıbını göstərməmək üçün paltarlarını əynində saxlayan kəs nə bəxtiyardır!»


ancaq Mən gəlincəyə qədər özünüzdə olana bağlı qalın.


Buna görə də haradan yıxıldığını yadına sal, tövbə et və əvvəl etdiyin işləri gör. Əks təqdirdə, tövbə etməsən, yanına gəlib çıraqdanını yerindən götürəcəyəm.


İsa deyir: «Budur, tezliklə gəlirəm! Bu kitabın peyğəmbərlik sözlərinə riayət edən kəs nə bəxtiyardır!»


Tezliklə gəlirəm. Nəyin varsa, ona bağlı qal ki, heç kəs tacını götürməsin.


Mən kimi sevirəm, onu məzəmmət və tərbiyə edirəm. Buna görə də qeyrətə gəl və tövbə et.


Oyaq ol və sağ qalıb ölmək üzrə olan nəyin varsa, onu möhkəmləndir. Çünki Mən sənin əməllərinin Allahımın önündə kamil olmadığını gördüm.


Bizi izlə:

Reklamlar


Reklamlar