Biblia Todo Logo
Onlayn İncil

- Reklamlar -




VƏHY 18:3 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

3 Çünki bütün millətlər O qadının coşğun əxlaqsızlıq şərabından içdi. Yer üzünün padşahları Onunla əxlaqsızlıq etdi. Dünyanın tacirləri Onun şəhvətpərəstliyi ilə qazanılan sərvətdən varlandı».

Fəsildə baxın Kopyalayın

Azərbaycan Bibliyası 2008

3 Çünki bütün millətlər O qadının coşğun əxlaqsızlıq şərabından içdi. Yer üzünün padşahları Onunla əxlaqsızlıq etdi. Dünyanın tacirləri Onun şəhvətpərəstliyi ilə qazanılan sərvətdən varlandı».

Fəsildə baxın Kopyalayın

ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

3 Çünki bütün millətlər O qadının coşğun əxlaqsızlıq şərabından içdi. Yer üzünün padşahları Onunla əxlaqsızlıq etdi. Dünyanın tacirləri Onun şəhvətpərəstliyi ilə qazanılan sərvətdən varlandı».

Fəsildə baxın Kopyalayın

МУГӘДДӘС КИТАБ

3 Чүнки бүтүн милләтләр О гадынын ҹошғун әхлагсыэлыг шәрабындан ичди. Јер үэүнүн падшаһлары Онунла әхлагсыэлыг етди. Дүнјанын таҹирләри Онун шәһвәтпәрәстлији илә гаэанылан сәрвәтдән варланды».

Fəsildə baxın Kopyalayın




VƏHY 18:3
17 Çarpaz İstinadlar  

Sənin işlədiyin, cavanlığından bəri alver etdiyin adamların Aqibəti belə olacaq. Hər kəs öz yolu ilə gedəcək, səni xilas edən olmayacaq.


«Babil padşahı Navuxodonosor Bizi əzib yedi, Boş bir qaba çevirdi. Canavar kimi uddu, Gözəl yeməklərimizlə qarnını doydurdu. Sonra bizi qusdu.


Babil Rəbbin əlində bir qızıl kasa idi, Bütün dünyanı sərxoş edirdi. Millətlər onun şərabını içdi, Ona görə də çılğınlaşdı.


Ən ləziz yeməkləri yeyənlər İndi küçələrdə taqətdən düşüblər. Al rəngli paltar geyib-böyüyənlər Zibillikdə yatırlar.


Millətləri fahişəliyi ilə, Xalqları cadugərliyi ilə satan, cazibəli, Cadugərlikdə mahir fahişə – Ninevanın Hədsiz əxlaqsızlığına görə Bunlar baş verdi.


Bəs onda nəyə baxmağa getmişdiniz? Nəfis toxunmuş paltar geymiş bir adamamı? Amma gözəl paltar geyinib cah-calal içində yaşayanlar padşah saraylarında qalır.


Altmış yaşa çatmamış dul qadınları isə siyahıya yazma. Çünki cismani istəkləri Məsihə bağlılıqlarına qalib gələn kimi ərə getmək istəyərlər.


İkinci mələk də onun ardınca gələrək deyirdi: «Dağıldı, böyük Babil dağıldı! O, əxlaqsızlığının coşğun şərabını bütün millətlərə içirtmişdi».


Yer üzünün padşahları onunla əxlaqsızlıq etdilər və yer üzündə yaşayanlar onun əxlaqsızlıq şərabından sərxoş oldular».


Onlar başlarına toz töküb fəryad edir və ağlayıb yas tutaraq deyirdilər: «Vay, vay halına, Dənizdə gəmisi olanların hamısının Oranın çox qiymətli malları ilə Varlandığı böyük şəhər! Çünki bir saat içində viran oldun».


Çıraq işığı Artıq səndə görünməyəcək. Bəy-gəlin sədası Artıq səndən gəlməyəcək. Çünki sənin tacirlərin Yer üzünün böyük adamları idi, Bütün millətlər Sənin sehrbazlığınla aldanmışdı.


Özünü nə qədər izzətləndirib Şəhvətpərəstlik içində yaşadısa, Ona o qədər də işgəncə və yas verin. Çünki ürəyində deyir: “Mən mələkə taxtında oturmuşam, Dul deyiləm, əsla yas tutmayacağam”.


Onunla əxlaqsızlıq edən və şəhvətpərəstlik içində yaşayan yer üzünün padşahları onun yanğınından çıxan tüstünü görəndə onun üçün ağlayıb ah-nalə edəcəklər.


Bizi izlə:

Reklamlar


Reklamlar