Biblia Todo Logo
Onlayn İncil

- Reklamlar -




VAİZ 7:2 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

2 Yas evinə getmək Ziyafət evinə getməkdən yaxşıdır, Çünki hər kəsin axırı ölümdür. Gərək yaşayan hər adam Bunu yadında saxlasın.

Fəsildə baxın Kopyalayın

Azərbaycan Bibliyası 2008

2 Yas evinə getmək Ziyafət evinə getməkdən yaxşıdır, Çünki hər kəsin axırı ölümdür. Gərək yaşayan hər adam Bunu yadında saxlasın.

Fəsildə baxın Kopyalayın

МУГӘДДӘС КИТАБ

2 Јас евинә ҝетмәк Эијафәт евинә ҝетмәкдән јахшыдыр, Чүнки һәр кәсин ахыры өлүмдүр. Ҝәрәк јашајан һәр адам Буну јадында сахласын.

Fəsildə baxın Kopyalayın




VAİZ 7:2
29 Çarpaz İstinadlar  

Hikmətli adamın gözləri yerindədir, Ağılsız adam isə qaranlıqda gəzir. Lakin mən yenə bilirəm ki, İkisinin də aqibəti eyni cür olur.


Çünki müdrik adam da Ağılsız adam kimi Bir daha xatırlanmayacaq, Gələcək dövrdə hamısı unudulacaq. Heyf ki hikmətli adam da Ağılsız adam kimi ölür!


Çünki heyvanın başına gələn insanın da başına gəlir, ikisinin də aqibəti eyni cür olur. Necə biri ölürsə, eləcə də o biri ölür. İkisi də eyni nəfəsə malikdir, insan heyvandan üstün deyil, çünki hər şey puçdur.


Hamısı bir yerə gedir, hamısı torpaqdan yaranıb, torpağa da qayıdır.


Çünki o adam iki dəfə min il ömür sürsə də, sevincin nə olduğunu bilmir. Məgər hər ikisi eyni yerə getmirmi?


Hər kəsin aqibəti eyni cür olur: salehlərin və pislərin, yaxşıların və yamanların, təmizlərin və murdarların, qurban təqdim edənlərin və qurban təqdim etməyənlərin. Yaxşı adama nə olursa, günahkarlara da elə olur. And içənə nə olursa, and içməkdən qorxana da elə olur.


Səma altında edilən işlərin hamısının pis cəhəti bundadır ki, hər kəsin aqibəti eyni cür olur. Doğrudan da, insanların ürəyi pisliklə doludur. Nə qədər ki yaşayırlar, ürəklərində dəlilik var. Sonra isə ölüb gedirlər.


Çünki dirilər öləcəklərini bilir, Ancaq ölülər heç nə bilmir. Onlara daha heç vaxt əvəz verilməyəcək, Çünki onların xatirəsi də unudulub.


“Həmişə əbədi mələkə olacağam” deyə düşünürdün. Bunları ürəyinə gətirmirdin, sonu düşünmürdün.


Sən onlarla oturaraq yeyib-içmək üçün ziyafət məclislərinə də girmə”.


İndi isə Ordular Rəbbi belə deyir: «Həyat yollarınız haqqında yaxşı düşünün.


Ordular Rəbbi deyir: «Əgər sözə qulaq asmasanız, adıma izzət verməyi ürəkdən istəməsəniz, üzərinizə lənət yağdırıb xeyir-dualarınızı lənətə çevirəcəyəm. Bəli, Mən onları lənətlədim. Çünki Məni izzətləndirməyi ürəkdən istəmirsiniz.


Kim Yaqubun tozunu saya bilər? İsrailin dörddə birini Axı kim hesablar? Qoy saleh adamların ölümü ilə ölüm! Onlar necə olubsa, sonum elə olsun!»


Nə bəxtiyardır yaslı olanlar! Çünki onlar təsəlli tapacaq.


Kaş ki müdrik olub bunu dərk edəydilər, Aqibətlərini düşünəydilər.


belə dedi: «Bu gün sizə bəyan etdiyim sözlərin hamısına ürəkdən bağlanın ki, övladlarınıza bu qanunun bütün sözlərinə diqqətlə əməl etməyi əmr edəsiniz.


Onların sonu həlakdır. Onların allahı qarınlarıdır. Öz rüsvayçılıqları ilə fəxr edir, yalnız dünyəvi şeylər barədə düşünürlər.


Necə müəyyən edilmişdir ki, insanlar bir dəfə ölüb ondan sonra mühakimə olunsunlar,


Bizi izlə:

Reklamlar


Reklamlar